
Şəhidlər anılanda ayağa durun, xanım direktor! - VİDEO
Şəhidlər anılanda ayağa durun, xanım direktor! - VİDEO
Yusif Nəzərli
12:36 11.10.2022
Elm və Təhsil
597
“Tədbiri aparıcıları olan uşaqlar açılış etdikdən sonra, şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsini bildirirlər”
“Bu zaman bütün oturan şəxslər ayağa qalxmalı və şəhidlərin ruhuna ehtiramını nümayiş etdirməlidir”
“Belə bir məqamda direktorun şagirdlərin, valideynlərin və müəllimlərin önündə ayağa qalxmaması yolverilməzdir”
"161 nömrəli məktəbdə yaşanan hadisə qəbuledilməzdir. Bu hörmətsizlikdə iynə ucu qədər də bəraət qazandırılması yer yoxdur".
Bunu "Sherg.az"a açlqlamasında "AzEdu.az" Təhsil portalının baş redaktoru Elmin Nuri 161 nomrəli məktəbin direktorunun yayılan videosundan danışarkən deyib.
O bildirib ki, bu hadisə şagirdlərin psixologiyasına ciddi zərbə vura bilər:
"Mən videonu bir neçə dəfə izləmişəm. Tədbiri aparıcıları olan uşaqlar açılış etdikdən sonra, şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsini bildirirlər. Bu zaman bütün oturan şəxslər ayağa qalxmalı və şəhidlərin ruhuna ehtiramını nümayiş etdirməlidir.

Bu bütün rəsmi və qeyri-rəsmi tədbirlərdə belə olub. Vətən müharibəsindən sonra hətta toylarda da belə bir adət yaranmışdı.
Direktorun şagirdlərin, valideynlərin və müəllimlərin önündə belə bir hərəkət etməsi isə yolverilməzdir.
Görüntüləri izlədikdə görürük ki, sükutdan sonra məktəbin rəhbəri ayağa qalxaraq çıxış edir. Bu da onun ayağa qalxmaqla bağlı problemnin olmadığını sübut edir".
Baş yazar vurğulayıb ki, Bakı şəhər Təhsil İdarəsi məsələ ilə bağlı araşdırma aparacığını bildirib:
"Mən İdarənin operativ və doğru qərar verəcəyinə şübhə etmirəm. Çünki onların bu istiqamətlərdə xeyli addımlar atdığının şahidiyəm. İnanıram ki bu məsələ ilə bağlı da doğru qərar veriləcəkdir.
Ona görə ki, bu uşaqlara pis örnəkdir. Şagird psixologiyası ağ kağız kimidir. Ora nə yazsan o da qalacaqdır. Oradakı azyaşlı uşaqlar məktəbi bitirənə kimi bu hadisəni xatırlayacaqlar.
Düzdür, mən həmin direktoru tanımıram. Bəlkə, onun da vətənpərvərlik naminə atdığı addımlar olub. Amma gördüyümüz kadrlar ürəkaçan deyil. Məktəb rəhbəri ən azından şagirdlərlə danışmalı və kollektivin qarşısında üzrxahlıq etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı