Təhsil ekspertləri kənarda qalıb, deputat və məmurlar...
Məlahət Rzayeva
10:31 26.01.2021
Elm və Təhsil
832
“Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsində məmurlar, millət vəkilləri iştirak edir"
"Problemləri biz bilirik, elə qanun qəbul edilməlidir ki, sonradan onu dəyişməyə ehtiyac olmasın"
"Ali təhsil haqqında" Azərbaycan Respublikası Qanunu layihəsinin hazırlanması məqsədi ilə yaradılmış İşçi Qrupunun videokonfrans formatında görüşü keçirilib. Videokonfransda Təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, müvafiq dövlət qurumlarının nümayəndələri, ali təhsil ocaqlarının rəhbərləri və ekspertlər iştirak ediblər.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, İşçi Qrupun rəhbəri Bəxtiyar Əliyev bildirib ki, bu, İşçi Qrupunun ilk iclasıdır. Bəxtiyar Əliyev bugünkü iclasın məqsədinin təhsil sahəsi üzrə mütəxəssislərin fikirlərinin dinlənilməsi, mövcud vəziyyətin təhlil edilməsi və onların əsasında “Ali təhsil haqqında” Qanun layihəsinin hazırlanması olduğunu qeyd edib. “Bununla bağlı biz beynəlxalq konvensiyaları, ölkəmizin qoşulduğu bir sıra beynəlxalq sənədləri, qanunvericiliyimizi və əmək bazarını təhlil etmişik.
Bu gün səslənən fikirlər əsasında qanun layihəsinin ilkin variantı hazırlanacaq. İşçi qrupunun növbəti iclasında qanun layihəsinin ilkin variantı müzakirə ediləcək. Qanun layihəsi hazırlanıb komitəyə təqdim edildikdən sonra onun geniş müzakirələri keçiriləcək. Komitədə müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunacaq”.
“Ali təhsil haqqında” qanun vacib sənədlərdən biridir. Və çoxdandır ki, qəbulu gözlənilir. Videokonfrans barədə məlumatda müzakirələrə təhsil sahəsi üzrə ekspertlərin də qatıldığının bildirilməsi diqqətimizi çəkdi. Amma adları sadalananlar arasında müstəqil ekspertlərə rast gəlmədik. Belə bir vacib qanunun müzakirəsinə niyə ekspertlər də dəvət edilmir? Ən azından ictimaiyyət də qanunda nə var, nə yox, bilsin deyə.
Təhsil məsələləri üzrə ekspert, fəlsəfə doktoru Kamran Əsədov “Şərq”ə açıqlamasında müzakirələrə dəvət edilmədiyini dedi:
- Dünya təcrübəsində belədir ki, qanun layihələri hazırlanarkən mütləq şəkildə ictimai müzakirələr aparılır, ekspertlərin rəyləri öyrənilir. Amma bizdə fərqlidir. “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsində məmurlar, millət vəkilləri iştirak edir. Onlar problemləri görmürlər. Təhsil sahəsindəki problemlərdən bizim, yəni bu sahə üzrə ekspertlər qədər xəbərdar deyillər.
Biz çatışmazlıqları görürük və deyirik. Onu da deyirik ki, elə qanun qəbul edilməlidir, sonradan onu dəyişməyə ehtiyac olmasın. Mən zaman keçdikcə yaranacaq müxtəlif situasiyalarla bağlı mümkün dəyişiklikləri nəzərdə tutmuram. Söhbət baza prinsiplərindən gedir. “Siz “Ali təhsil haqqında” qanunda nələrin əks olunmasını görmək istərdiniz” sualına cavabında K.Əsədov qeyd etdi ki, bir neçə vacib məqam var:
- Ali təhsilin idarə olunması, ali təhsilin qiymətləndirilməsi və beynəlxalq qiymətləndirmə, ali təhsilin maliyyələşməsi, ixtisas problemi, işəgötürənin məsuliyyəti, ixtisas üzrə işləmək imkanları, təhsilin kreditləşməsi… Həllini gözləyən o qədər məsələlər var ki! Baxın, hazırda ölkənin 51 ali təhsil müəssisəsində 182 min tələbə təhsil alır.
Onların yalnız 42 faizi ixtisası üzrə işlə təmin edilə bilir. Yerdə qalanlar ixtisaslarına uyğun olmayan işlərdə çalışmaq məcburiyyətindədilər. Niyə belə olmalıdır?! Hansı ixtisaslara ehtiyac varsa, o ixtisaslar üzrə qəbul keçirilsin. Və ali məktəblərin özlərinə qəbul prosesini keçirmələri üçün imkan verilsin. Məsələn, mən “Ali təhsil haqqında” qanunu yazmış olsaydım, müəllimlərin öhdəlikləri, semestr imtahanlarının keçirilməsinə diqqət ayırardım. Görün neçə ildir, biz guya ki, təhsildə Bolonya sisteminə keçmişik, amma semestr imtahanlarının hələ də sovet təhsil ənənəsiylə keçirildiyi ali məktəblər var. Müzakirələr aparılıb, çox yaxşı.
Amma heç olmasa, yekun müzakirələrə bizi də dəvət etsinlər, fikirlərimizi bildirək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət
İsrail ordusunun hədəflərindən biri Əli Laricani də olub
12:33 17.03.2026
Gündəm
Sabah Azərbaycanda 17 dərəcə isti olacaq
12:25 17.03.2026
Gündəm