Təhsil pillələri üzrə bir çox arayışlar elektronlaşdırılıb
Yusif Sultanoğlu
13:09 11.01.2024
Elm və Təhsil
1111
Hazırda Elm və Təhsil Nazirliyi tərəfindən bütün təhsil pillələri üzrə kağız daşıyıcıda verilən bir çox arayışlar elektron şəkildə təqdim olunur.
Bu barədə nazirlikdən xəbər verilib.
İstifadəçilər https://portal.edu.az/ portalının “Elektron arayışlar” xidməti vasitəsilə aşağıdakı arayış növlərini əldə edə bilirlər:
ali təhsil pilləsində təhsil almaq barədə arayış (hazırda təhsil alanlar);
orta ixtisas təhsili pilləsində təhsil almaq barədə arayış (hazırda təhsil alanlar);
peşə təhsili pilləsində təhsil almaq barədə arayış (hazırda təhsil alanlar);
Dövlət Proqramı əsasında xaricdə təhsil almaq barədə arayış (hazırda təhsil alanlar);
Dövlət Proqramı əsasında xaricdə təhsil müəssisəsindən məzun olmaq barədə arayış;
müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirilməsi üzrə imtahan nəticələrinə dair arayış.
Sözügedən elektron arayışların alınması proseduru çox sadədir. Belə ki, https://portal.edu.az/ portalında qeydiyyatdan keçən istifadəçilər “Şəxsi kabinet”in elektron xidmətlər pəncərəsindən “Arayış əldə etmək üçün müraciət” bölməsini seçərək müvafiq arayış növü üzrə müraciət göndərirlər. Elektron arayışlar portalda avtomatik formalaşdırılır. Vətəndaşlar arayışı elektron formada və ya çap edərək aidiyyəti qurumlara təqdim edə bilirlər.
Eyni zamanda Elm və Təhsil Nazirliyinin rəsmi saytında (https://edu.gov.az/az/yoxla) elektron arayışın identifikasiya nömrəsi və müraciətçinin doğum tarixini yazmaqla sənədin həqiqiliyini yoxlamaq, yükləmək və çap etmək mümkündür.
Bununla yanaşı, ümumi və tam orta təhsil haqqında attestat, diplom və dövlət proqramları vasitəsilə xaricdə təhsil barədə məlumatlar qeyd olunan arayışları "myGov" portalından əldə etmək mümkündür.
#
Çingiz Səfərli
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm