
Tələbələrə hansı güzəştlər ola bilər? -Ekspert danışdı
12:01 13.12.2023
Elm və Təhsil
813
“Tələbələrin nəqliyyat və kirayə pulunun ödənilməsində yaşadıqları çətinliklərin aradan qaldırılması hədəflənir”.
Xezerxeber.az-ın məlumatına görə, bunu Təhsil Tələbə Kredit Fondunun şöbə rəisiTehranağa Abdullayev bildirib.
O deyib ki, bu məqsədlə müəyyən mexanizm təklif edilir.
Yeniliklərdən biri əvvəllər Fondun standart paketindən istifadə edərkən tələbənin ödədiyi 20%-lik vəsaitlə bağlıdır.
Digər bir yenilik sosial cəhətdən həssas qrupları əhatə edir. Yeniliklərin qüvvəyə minməsi üçün Nazirlər Kabineti müvafiq qərar qəbul etməlidir.
Məsələ ilə bağlı danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri "Sherg.az"a bildirib ki, Azərbaycanda tələbələrə verilən təqaüdlərin məbləği xarici ölkələrlə müqayisədə o qədər də çox deyil:
"Xüsusən də, ərzaq qiymətləri və yaşam standartlarında qiymət artımının müşahidə olunduğu bir vaxtda tələbə təqaüdləri tələb-təklif mexanizminə tam şəkildə cavab verə bilmir. Əmin olun ki, heç əlaçılara verilən ən yüksək cari təqaüdün də məbləği minimal yaşam standartlarına tam uyğun deyil. Doğrudur, son bir neçə ildə tələbə təqaüdlərinin məbləği artırılıb. Üstəlik, ödənişli əsaslarla oxuyan bir çox tələbələrimiz də təhsil göstəricilərinə görə dövlət əsasında oxuyan tələbələr kimi təqaüd alıb, öz ehtiyaclarını müəyyən qədər də olsa, ödəyə bilirlər. Dövlətin bu istiqamətdə gördüyü işlər çox təqdirəlayiqdir. Amma tələbələrin rifahını, sosial həyatını yaxşılaşdırmaq üçün bu heç də yeganə addım deyil.Xarici ölkələrdə bununla bağlı tətbiq olunan çox əla nümunələr var. Dünyanın müxtəlif ölkələrində oxuyan tələbə soydaşlarımızla söhbət edib, onlar arasında sorğu keçirsəz, bunun tam şahidi ola bilərsiniz. Xarici ölkələrdə tələbələrə edilən güzəştlər arasında ilk yeri yol-nəqliyyat xərcləri tutur. Tələbə özünün tələbə kartı, vəsiqəsi ilə bəzi ölkələrdə nəqliyyatdan pulsuz, bəzilərində isə xeyli güzəşt olunmuş formada yararlanır. Bəzi ölkələrdə isə tələbələrə nəqliyyatdan pulsuz istifadə üçün müəyyən limit qoyulur. Bu, nədən bizdə də olmasın?! Açığı, yataqxana imkanları olmayan, həmçinin, paytaxtda ailələri ilə yaşamayan tələbələrə nə zamansa əlavə kirayə haqqının verilməsi kimi güzəştlər, inandırıcı deyil. Amma ən azından minimal güzəştlərlə nələrisə edə bilərik".

Ekspert vurğulayıb ki, bu tələbəni yol xərcindən xilas etmək onun üçün böyük dəstəkdir:
"Günümüzdə universitetlərlə, aidiyyatı qurumlar, həmçinin, mərkəzləşdirilmiş vahid idarəedici qurumla (Elm və Təhsil Nazirliyi) razılaşdırılmalar əldə olunmalı, tələbələr məhz onlara verilən xüsusi kartlar vasitəsilə bu güzəşt paketindən yararlanmalıdırlar. Yeraltı və yerüstü nəqliyyatda bunu həyata keçirmək o qədər də məsrəfli və əziyyətli iş sayıla bilməz. Bundan əlavə, universitetlər böyük restoranlar şəbəkəsi ilə müqavilələr bağlamalı və buna imza atan ali təhsil müəssisəsinin tələbəsi həmin iaşə ocaqlarında nisbətən güzəştli şərtlərlə qidalanmalıdırlar. Eyni nümunəni kitab satış məntəqələrinə, geyim dükanlarına, apteklərə şamil etmək mümkündür. Unutmayaq ki, tələbəni minimal maddi yükdən belə xilas etmək onun üçün çox böyük avantajdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm