Bu gün AMEA-nın Rəyasət Heyətinin və Yunus Əmrə institutunun, Türkiyə və Azərbaycanın türkoloji mərkəzləri, ali məktəblərinin birgə təşkilatçılığı ilə "Birinçi Türkoloji Qurultayın qurucuları və dərsləri: Tarix və müasirlik" mövzusunda geniş toplantı keçirib.
1926-cı ilin fevralın 26-dan martın 6-dək Bakıda keçirilən l Bakı Türkoloji Qurultay təşkilatçılarının xatirəsinə həsr olunan toplantı çərcivəsində Azərbaycan Milli Mətbuatı tarixinin araşdırıçıları professor Yavuz Akpınar, Ege universitetinin dil və ədəbiyyatı fakültəsi dekanı professor Yılmaz Özkaya “Azərbaycan milli mətbuatının 150 illiyi" medalı ilə mükafatlandırılıb. 

Hər iki alimin mətbuat tariximizin araşdırılmasında böyük xidmətlər göstərdiyini qeyd edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məçid mükafatları sahiblərinə təqdim edib. R.Məçid qeyd edib ki, professor Yavuz Akpınar hələ 1980-ci illərdən Azərbaycan ədəbiyyatı tarixi, mədəniyyəti və mətbuat tarixi ilə araşdırmalar aparmış, M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Türkiyədə çıxan mühacirət mətbuatının transleterasiyası ilə məşğul olmuş, xeyli sayda məqalə , kitablar yazmışdlr. 


Professor Yllmaz Özkayanın son üç ildir ki, Türk Dünyası alimlərinin ortaq platformasına çevrilən "Türk Modernləşmə tarixi " simpoziumlarının keçirdiyini, professor Yavuz Akpınarla birgə Yeni Qafqasiyya" dərgisinin transleterasiyasının çapında iştirak etdiyini, mətbuat tariximizə töhfələr verdiyini söyləyib. Yılmaz Özkayanın bu yaxınlarda İstiqlal şaiirimiz Əhməd Cavadın həyatı , əsərləri və fəaliyyətindən bəhs edən "Bayraqlaşan şair - Əhməd Cavad" kitabının çap olunduğunu qeyd edən R.Məcid hər iki alimin mətbuatımıza verdiyi töhfələrin Azərbaycan dövləti tərəfindən qiymətləndirildiyini və onların “Azərbaycan milli mətbuatının 150 illiyi" medalı ilə mükafatlandırıldığını bildirib.