Türkiyə-Azərbaycan Universitetinin yaradılması böyük hadisədir
Yusif Nəzərli
09:26 15.10.2023
Elm və Təhsil
1035
Bu universitet təkcə ali təhsil verməklə kifayətlənməyəcək, ən müasir, modern universitetlərdən biri olacaq
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir.
Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Nümayəndə heyəti Azərbaycan-Türkiyə Universitetinin (ATU) təsis edilməsi istiqamətində müzakirələrin davam etdirilməsi məqsədilə Türkiyənin Ali Təhsil Şurasında görüş keçirib. Görüş zamanı ATU-nun yaradılması üzrə hüquqi çərçivənin formalaşdırılması istiqamətində danışıqlar davam etdirilib.
Daha sonra nümayəndə heyəti Bilkent Universitetinin texnoparkına baxış keçirib və universitetin rektoru Kürşat Aydoğan ilə görüşüb.
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov isə “Sherg.az”a açıqlamasında deyib ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması sadəcə nümayəndə heyətli yox, ölkə başçıları səviyyəsində müzakirə olunub:
“Türkiyə və Azərbaycan arasında birgə universitetin yaradılması prosesini olduqca vacib və əhəmiyyətli hesab edirəm.
Bu istiqamətdə birgə qərarın verilməsi və birgə universitetin qurulması istiqamətində hüquqi çərçivənin formalaşdırılması istiqamətində danışıqların mütəmadi olaraq davam etdirilməsi təqdirəlayiq haldır.
Türkiyə universitetləri son illərdə kifayət qədər inkişaf edib, müasir səviyyədə qurulub və dünya səviyyəsində təhsil vermək imkanına malikdir. Qardaş ölkənin təcrübəsinin məhz Azərbaycanda tətbiqi, eyni zamanda bizim gənclərin yaxşı təhsil alma imkanlarını da şərtləndirəcək.
Bu universitet təkcə ali təhsil verməklə kifayətlənməyəcək, ən müasir, modern universitetlərdən biri olacaq. Burada təhsillə bərabər tədqiqat imkanı da olacaq və bu, çox vacib amildir. Buranın yeni laboratoriya sistemləri, çox ciddi, müasir elmi-tədqiqat infrastrukturu olacaq. Bu səbəbdən də birgə universitetin yaradılması qərarını Azərbaycan və bütövlükdə Türk dünyası üçün çox vacib hesab edirəm. Azərbaycan və Türkiyə arasında mədəni, elmi və təhsil sahəsində əlaqələr nə qədər çox olarsa, bir o qədər də faydalı olar. Hətta təkcə Azərbaycanla Türkiyə arasında yox, bütövlükdə Türk dünyası arasında bu əlaqələrə ehtiyac var.
Belə yaxşı nümunələrin, birgə işlərin ortaya qoyulması çox yaxşı effekt verəcək. Bu, hər iki dövlət arasında bütün sahələrdə olduğu kimi ali təhsil və tədqiqat sahəsində də yeni əməkdaşlığın əsasını qoyacaq. Bütövlükdə həm Azərbaycanın, həm də Türkiyənin təhsil sahəsində ənənələri var və bunu inkişaf etdirmək, birləşdirmək yalnız və yalnız möhkəmliyimizə, dostluğumuzun əbədi, sarsılmaz olmasına, eyni zamanda təhsil bağları ilə daha da möhkəmlənməsinə gətirib çıxaracaq”.
Təhsil ekspertinin sözlərinə görə, uzun müddətdir bu istiqamətdə müzakirələrin getdiyini vurğulayan təhsil eksperti hesab edir ki, layihənin icrası gecikir: “Hər halda səbəbi bilmədiyim üçün konkret fikir bildirmək istəmirəm. Yəqin ki, aidiyyəti qurumlar bu istiqamətdə çalışırlar. Dövlət başçılarının iradəsi ilə irəli sürülən bu təşəbbüsə başdansovdu yanaşılacağını da güman etmirəm.
Görünür, uğurlu bir layihənin ərsəyə gətirilməsi üçün zamana, genişmiqyaslı araşdırmalara ehtiyac var. Universitet necə olacaq, konkret olaraq hansı ixtisasların tədrisi nəzərdə tutulacaq bütün bunları müəyyən etmək, hüquqi prosedurlar qayda-qanunlara uyğun aparılmalıdır. Ola bilər, gecikmə də məhz bu kimi səbəblərlə bağlıdır. Hər halda Elm və Təhsil Nazirliyinin də bu istiqamətdə atdığı addımlar göstərir ki, layihə qüvvədən düşməyib. Bəlkə də gecikmə elə ETN tərkibində aparılan struktur dəyişiklikləri ilə bağlıdır.
Amma gec də olsa, çox şadam ki, nəhayət, bu istiqamətdə birgə qərar verilib və Azərbaycanla Türkiyənin birgə universiteti qurulacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə