UNEC-də Beynəlxalq Ana Dili Günü qeyd olundu

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

Ölkə Prezidenti cənab İlham Əliyev AMEA-nın 80 illik yubileyindəki çıxışında demişdir ki, biz öz dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır.

Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirlər çərçivəsində Umumi Fənlərinin Tədrisinin Təşkili Departamenti və Azərbaycan dili kafedrasının birgə təşkilatçılığı ilə şeir müsabiqəsi keçirilmişdir. Müsabiqənin keçirilməsində əsas məqsəd ana dilinə sevgi və hörmət hissinin aşılanması, tələbələrin bədii yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, eləcə də Azərbaycan dilinin zəngin bədii ifadə imkanlarının təbliğidir. Tədbirdə iştirak edən tələbələr ana dilinə həsr olunmuş müxtəlif mövzulu şeirlərlə çıxış etmişlər.

Müsabiqədə dosent Mətanət Əmrahovanın ,baş müəllim Şəfəq Həsənovanın və baş müəllim Gülnarə Zeynalovanın “Maliyyə və mühasibat” fakültəsinin 414-cü, 416-cı və 424-cü qrup tələbələri Aysu Rzayeva, Murad Nuqrazadə, Nizaməddin İsakov, Alim Mütəllimzadə, Əmmar Tağızadə , Tofiq Əliyev və Rəvan Kərimli, dosent Gülbəniz İsmayılzadənin “Biznes və menecment” fakültəsinin 28 - ci qrup tələbələri Ayşən Hüseynova, Aysu Qasımova, Sənubər Əhmədova, Gövhər Məmmədova, dos.Çinarə Qəhrəmanovanın “Beynəlxalq İqtisadiyyat Məktəbi”nin 1042-ci qrup tələbələri Nuru Xasızadə,Ömər Məmmədov,Aygün Bağırzadə, baş müəllim Sevinc Hacıyevanın “Rus İqtisad Məktəbi”nin 145-ci qrup tələbələri Jalə Qafarova, Məryəm Ağayeva, Elçin Abdullayev, baş müəllim Könül İbrahimovanın “Dizayn Məktəbi”nin 730-cu qrup tələbələri Sona Suleymanova, Aydan Əliyeva, Səma Əliyeva ,baş müəllim Xurşud İsmayılovanın “İqtisadiyyat və İdarəetmə” fakültəsinin 183-cü qrup tələbələri Leyla Hacızadə, Raul Dərgahquliyev və Ceyhun Əlili xüsusilə fərqlənərək qalib olmuşlar. Şeir müsabiqəsi digər fakültələrdə də davam etdirilmişdir.