
Uşaqlar sosial şəbəkələrin əsirinə çevrilib - AKTUAL
Yusif Nəzərli
05:29 10.12.2024
Elm və Təhsil
638
Məktəblərdə və evdə şagirdlərin telefonlardan və sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmaq lazımdır
Bu, onların diqqətini dağıdır, mənfi təsirlərə məruz qalma ehtimalını artırır və təhsilə olan marağını azaldır
Uşaqların düzgün tərbiyəsi bütün dövrlərdə ən aktual mövzu kimi psixoloq, sosioloq, valideyn və müəllimlər tərəfindən mütəmadi olaraq müzakirə edilir.
Şəxsiyyətin formalaşması ictimai münasibətlər sistemi ilə bilavasitə bağlıdır. Tərbiyədən geniş mənada danışanda məhz bu cəhəti – ictimai münasibətlər, o cümlədən, ailə münasibətləri sisteminin insana təsirini nəzərdə tuturlar.
Ailədə valideyn-uşaq münasibətlərinin düzgün qurulması üçün valideynlə uşaq arasında davranış qaydalarına riayət edilməsi vacibdir. Bu qaydalara əməl edilmədikdə isə bəzi xoşagəlməz hallarla - uşağın narahat, aqressiv olması, valideyni ilə daim mübahisə etməsi, digər insanlara qoşulması, hətta özünə suiqəsd etmə halları ilə rastlaşırıq.
Hər bir cəmiyyətdə tərbiyə həmin cəmiyyətin başlıca vəzifələrindən birini təşkil edir. İnsan amilinin əsas yer tutduğu hazırkı dövrdə gənc nəslin elmi dünyagörüşünə, yüksək əxlaqi keyfiyyətlərə malik olan şəxsiyyət kimi tərbiyə olunması, formalaşdırılması ən vacib, təxirəsalınmaz bir vəzifə kimi qarşıda durur.
Uşaq şəxsiyyətinin formalaşmasında ailə tərbiyəsinin rolu əvəzedilməzdir. Gənc nəslin tərbiyəsi ailənin başlıca funksiyalarından biridir, valideynlərin isə ən mühüm vəzifələrindəndir.
Ailə münasibətlərinin gənc nəslin tərbiyəsindəki rolunun nəzərə alınmaması ailə tərbiyəsində yol verilən nöqsanlar içərisində xüsusi yer tutur. Bir sıra ailələrdə uşağa verilən mənəvi tələblərlə valideynlərin öz əməlləri uyğun gəlmir. Evin məişət qayğılarında ata-ananın eyni dərəcədə iştirak etməməsi, hətta bu əsasda əmələ gələn söz-söhbət və münaqişələr uşaqlarda kişilik və qadınlıq haqqında təsəvvürlərin formalaşmasına mənfi təsir göstərir.
Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzinin sosioloqu Fidan Ataxanlı müəyyən davranışlara sahib uşaqların irəliki dövrdə asılılıq formalaşdırma riski digərlərinə nisbətdə daha yüksək ola bilir: “Bu davranışlara hiperaktiv və diqqət əskikliyi yaşayan uşaqları misal göstərə bilərik. İmpulsiv hərəkətlər edən və riskli davranışlara meyilli uşaqlar da bura aiddir. Bu uşaqlar və yeniyetmələr riskli və təhlükəli fəaliyyətlərdən həzz alır və daha çox macəra və həyəcan axtarırlar, öz hərəkətlərinin isə nəticələrini düşünmürlər. Emosional vəziyyətin tez-tez və kəskin dəyişməsi halları da diqqəti tələb edir. Belə uşaqlarda narahatlıq, depressiya, əsəbilik və ya həyəcanlanma kimi hallar özünü çox göstərir. Emosional disbalans isə gələcəkdə riskli davranışlara gətirib çıxara bilir. Uşaqların özünə inam və özünə hörmətin aşağı olması onların riskli davranışlara və maddə istifadəsinə yönəldə bilər. Özünü dəyərsiz hiss etmək digər insanların təsirinə daha asan düşmək üçün şərait yarada bilir. Qeyd etmək lazımdır ki, bu davranışların olması qəti olaraq heç bir fikir deməyə əsas vermir. Amma xüsusi bir yanaşma və diqqət tələb edir. Erkən yaşda bu davranışların aşkar və müdaxilə edilməsi uşaqların sağlam, balanslı bir həyat sürməsinə kömək edə bilər”.

Təhsil eksperti Kamran Əsədov isə “Şərq”ə açıqlamasında deyib ki, uşaqlar sosial şəbəkələrin təsirindən qorunmalıdır: “Texnologiya və sosial şəbəkələr uşaqlarımızın həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin bu onların diqqətini dağıdır, mənfi təsirlərə məruz qalma ehtimalını artırır və təhsilə olan marağını azaldır. Buna görə də, məktəblərdə və evdə şagirdlərin telefonlardan və sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmaq lazımdır. Xüsusən də məktəbyaşlı uşaqlarda dərs zamanı telefonlardan istifadəyə tam qadağa qoyulmalıdır. Valideynlər evdə sosial media istifadəsini nəzarətə götürməli və vaxt limiti tətbiq etməlidir. Şagirdlər asudə vaxtlarını kitab oxumağa, idmana və digər faydalı fəaliyyətlərə yönəltməlidirlər. Şagirdlərin sağlam zehni inkişafı üçün onları real həyatın dəyərləri ilə tanış etməli və texnologiyanın deyil, bilik və bacarıqların önəmini aşılamalıyıq. Unutmayaq ki, gələcəyimiz onların əlindədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fitrə zəkatı 10-15 AZN arası dəyişə bilər - AÇQLAMA
16:53 17.03.2026
Aktual
MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ
16:10 17.03.2026
Siyasət
Albaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
16:07 17.03.2026
Gündəm
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur