Yeni mexanizm: Məhkumlar da qəbul imtahanlarına qatıla bilər
20:19 09.03.2021
Elm və Təhsil
546
Dünya təcrübəsini Azərbaycanda da tətbiq etməyə heç bir maneə yoxdur
Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirakının təmin edilməsi üzrə mexanizmin hazırlanması təklif edilir. Bu, Azərbaycanda insan hüquqlarının qorunması haqqında İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində qeyd edilib. Hesabatda bildirilir ki, Məhbuslarla Beynəlxalq Standart Davranış Qaydalarına görə, təhsildən bəhrələnməyi bacaran məhbuslara onu davam etdirmək imkanının təmin edildiyini, Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində saxlanılan şəxslərin buraxılış imtahanlarında iştirakına şərait yaradıldığını nəzərə alaraq, cəzaçəkmə müəssisələrində çəza çəkən şəxslərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirakının təmin edilməsi üzrə mexanizmin hazırlanması və bununla bağlı Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə əlavə edilsin.
Bununla yanaşı, cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların islah olunması, şəxsiyyətinin inkişafı və azad olunduqdan sonra cəmiyyətə adaptasiyası məqsədilə “Cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların islah edilməsi və sosiallaşması” üzrə müvafiq dövlət proqramı qəbul edilsin.
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirakının təmin edilməsi üzrə mexanizmin hazırlanması təqdirəlayiqdir. Çünki cəza çəkən şəxslərin yalnız azadlıqları məhdudlaşdırılıb:
"Onların təhsilalma və digər hüquqları isə məhdudlaşdırılmayıb. Qeyd edim ki, bu işin iki istiqamətdə aparılması nəzərdə tutulur. İlk olaraq yetkinlik yaşa çatmamış şəxslərin cəzaçəkmə müəssisələrindəki fəaliyyəti nəzərə alınır. Çox təəssüflər olsun ki, bəzi cinayətlərin iştirakçısı azyaşlı uşaqlardır".
Ekspert qeyd edib ki, hazırda ölkədə cəzaçəkmə müəssisələrində orta ümumtəhsil məktəbləri fəaliyyət göstərir:
"Buranın məzunları eyni zamanda digər hüquqi şəxslərlə bərabər imtahanlarda iştirak edirlər. Bildiyimiz kimi, artıq Azərbaycanda bir ildən çoxdur ki, distant təhsil tətbiq edilir. Hesab edirəm ki, müəyyən imtahan prosesləri cəzaçəkmə müəssisələrində tətbiq edilə bilər. Dünya təcrübəsində bu, mövcuddur. Misal üçün, Norveçdə, İsveçdə, Finlandiyada, hətta bir sıra digər ölkələrdə qeyri-bərabər imtahanlar təşkil olunmur. Yəni orada kiminsə cəza bitdikdən sonra normal qaydada cəmiyyətə adaptasiya olunması vacib amildir. Hətta Azərbaycanın tərəfdar çıxdığı bir sıra beynəlxalq konvensiyalar da bunu tələb edir. Qeyd edim ki, hazırda cəzaçəkmə müəssisələrində orta məktəblər, peşə təhsil müəssisələri var. Bunun ardınca kolleclər də təşkil edilə bilər. Ali təhsil təbii ki, mümkün deyil. Amma həmin şəxslərə məsafədən təhsil almaq imkanını yaratmaq olar. Hesab edirəm ki, onların distant qaydada tədris prosesində iştirakı təmin edilə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya
Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb
11:40 23.03.2026
Hadisə
Tehrana görünməmiş zərbələr endirilir
11:32 23.03.2026
Region