
Yeni qayda! - “Məktəblərin idarə olunmasında valideynlərin rolu artırılır”
Yusif Nəzərli
12:29 19.10.2022
Elm və Təhsil
998
Məktəblərdə şagirdlərin davranış pozuntularının ağırlıq dərəcəsi təsnifatlara bölünüb. Davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər bunlardır: müəllim baxışı; qeyri-verbal münasibət; şagirdlərlə sakit söhbət; xəbərdarlıq; uzaqlaşdırma; valideyn ilə əlaqə saxlamaq; dərsdən sonra şagirdin məktəbdə saxlanması; psixoloqa yönləndirmə; sarı xəbərdarlıq məktubu; narıncı xəbərdarlıq; qırmızı xəbərdarlıq. Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib ki, həmin təsnifatlar davranış pozuntularının ağırlıq dərəcəsini təyin edəcək. Eyni zamanda bu qaydalar əsasında məktəblər özləri də daxili qaydalarını tərtib edə biləcəklər. Nizamnamədə onlara belə bir səlahiyyət verilib.

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov bu barədə "Sherg.az"a danışarkən bildirib ki, məktəblərdə davranış qaydalarını tənzimləyən normaların olması olduqca vacib idi:
“Biz zaman-zaman bu haqda müzakirələr edirdik. Yeni tətbiq olunan qaydalar mütləq şəkildə məktəb mühitinin sağlamlaşmasına xidmət göstərəcək. Məktəb subyektləri valideynlər, şagirdlər, müəlllimlərlə bağlı ümumi normaların qəbul olunması olduqca mühümdür. Müxtəlif ölkələrin təcrübəsinə nəzər saldıqda , bizimdə də buna ehtiyac yarandığını görürük. Son zamanlar məktəblərdə baş verən xoşagəlməz hallar da bu normaların qəbuluna şərait yaratdı. Buna müxtəlif yanlış yanaşmalar var. Anlamalıyıq ki, burda söhbət insanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasından getmir. Əksinə məktəblərin idarə olunmasında valideynlərin rolunun artırılması, məktəb mühitinin demokratikləşdirilməsi, eyni zamanda, məktəbin yazılmamış qaydalarının çərçivəyə salınması məsələlərinə yer ayrılır".
İ.Orucovun fikrincə, yeni normalarla bağlı daha geniş müzakirələr keçirilsə, valideynlər, təhsil ekspertləri, təhsillə əlaqəli QHT-lər orda iştirak etsəydi, daha yaxşı olardı:
"Amma hər halda ilkin variant üçün yeni qaydalar qənaətbəxşdir. Gələcəkdə onu daha da təkmilləşdirmək olar. Valideynlər təhsilin vacib subyektlərindən biridir. Buna görə onlar məktəbin idarə edilməsində iştirak etməlidirlər. Şagirdlər günün dördə bir hissəsi məktəbdə olurlarsa, dördə üç hissə də valideynlərinin yanında olurlar. Əgər hansısa şagirdin davranışında problemlər varsa, onun aradan qaldırılması məktəb və valideynin birgə əməyi ilə həyata keçirilməlidir. Valideynlər övladlarının məktəbdəki davranışlarından mütəmadi olaraq xəbərdar olmalıdırlar. Hesab edirəm ki, məktəb və valideynlərin bu problemlərin üzərində birgə mərkəzə toplaşması cəmiyyətimiz üçün olduqca faydalıdır. Düzü biz bu qaydaların hazırlanmasına gecikmişik. Belə olmasa idi, son illər məktəblərdə baş verən xoşagəlməz hallara da şahidlik etməyəcəkdik".
Onun sözlərinə görə, burda çox vacib məqamlardan biri də bu normaların gələcəkdə Təhsil haqqında qanunda yer alması məsələsidir:
"Cəmiyyət inkişaf edir, insanların davranışları sürətlə dəyişir. Əvvəlki illərlə müqayisədə indi informasiya bolluğudur. Kənar informasiyaların yetişməkdə olan nəslin psixologiyasında, davranışında mənfi izlər buraxması özünü göstərir. Buna əngəl olmaq üçün qaydalar mütləqdir. Yeni qəbul olunan normalar nə şagirdlərin davranışlarını məhdudlaşdırır, nə də onların hüquqlarını azaldır. Şagirdlər yetişməkdə olan nəsildir. Onlar pis vərdişləri götürməkdə daha meyilli olurlar. Hər hansı bir sinifdəki şagirdin davranışında pozuntu varsa, bu mütləq şəkildə digərlərinə də təsir göstərir. Yeni normalar da məhz belə halların zamanında aşkarlanıb və qarşısının alınmasına xidmət edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı