Deputat Etibar Əliyev istefa verdi
Yusif Nəzərli
05:37 11.07.2023
Cəmiyyət
513
“Elm və təhsil nazirliyinin yanında İctimai Şurada fəaliyyətimi qeyri – mümkün hesab edirəm və Şura üzvündən istefa verirəm”.
Bu fikirləri millət vəkili, Elm və Təhsil Nazirliyinin yanında İctimai Şurannın üzvü Etibar Əliyev öz “facebook” səhifəsindən paylaşdığı statusda bildirib.
Bakupost.az E.Əliyevin bəyanatını təqdim edir: ” Bu gün Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın iclası keçirildi. İclasdan bir gün əvvəl Elm və Təhsil naziri Emin Əmrullayevlə şəxsi “WhatsApp” yazışmamın nazirliyə yaxın sosial şəbəkə hesablarında paylaşılması məsələsinin də müzakirəsinin gündəliyə salınmasını təklif etmişdim. Nazir tərəfindən şəxsi yazışmanın ictimailəşdirəlməsini mənəvi, etik, əxlaqi və hüquqi prinsiplərə zidd hesab edirəm. Bu, həm də Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə ziddir. İclasda dəfələrə etdiyim təkidlərə baxmayaraq məsələ gündəliyə salınmadı.
İctimai Şura üzvləri mənim bu təklifimi kənara qoyub nazirin söylədiyi “yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür” fikrinə münasibətimi pislədilər və ifrat dərəcədə nazirin müdafiəsinə qalxdılar. Şura üzvlərinin bu hərəkəti “İctimai iştirakçılıq haqqında qanun”un fəlsəfəsinə ziddir.
Mənim təkliflərimindən biri də nazirin iclasda iştirakının təmin olunması idi. Bu təklifə ümumiyyətlə münasibət bildirilmədi. Bugünki müzakirə bir daha göstərdi ki, İctimai Şura yalnız bir adamın (Emin Əmrullayevin) təsiri altındadır və onun müdafiəsi ilə məşğul olur. Şura üzvlərinin nazir tərəfindən təlimatlandırılması isə açıq şəkildə görünürdü. Bir məsələni də qeyd edim ki, E. Əmrullayev elm və təhsillə bağlı prinsipial məsələlərin heç birində Şura ilə məsləhətləşmə aparmayıb.
Bütün bunları əsas götürüb, Elm və Təhsil Nazirliyinin yanında İctimai Şurada fəaliyyətimi qeyri – mümkün hesab edirəm və Şura üzvlüyündən istefa verirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya