“Dəniz qızları”: Günlərinin yarısını suyun altında keçirirlər
12:02 19.08.2025
Maraqlı
660
Cənubi Koreyanın Haenyeo dalğıcları gündə onlarla dəfə 20 metr dərinliyə dalırlar. Nəfəsini iki dəqiqəyədək tuta bilən bu qadınlar, su altında keçirdikləri vaxtla bəzi dəniz məməlilərini belə geridə qoyurlar.
Sherg.az xəbər verir ki, Cənubi Koreyanın Cecu adası açıqlarında yaşayan Haenyeo, yəni “dəniz qadınları”, yeniyetməlikdən başlayaraq 90 yaşına qədər dənizə dalaraq dəniz məhsulları toplayırlar.
Haenyeo qadınları gündə təxminən 100 dəfə 20 metr dərinliyə dalır. Onlar iki dəqiqəyədək nəfəsini saxlayaraq dərinliklərdə dəniz kirpiləri, dəniz ilbizləri və digər dəniz canlılarını yığırlar.
Tədqiqatçılar, yaşı 62 ilə 80 arasında olan yeddi Haenyeonun gündəlik dalış rutinlərini ilk dəfə araşdırıblar. Araşdırma göstərib ki, bu qadınlar günlərinin 56 faizini suyun altında keçirirlər.
St. Andrews Universitetindən Dr. Kris MakNayt bildirib:
“Haenyeo həqiqətən də inanılmaz insanlardır. Onların dalış bacarıqları fövqəladədir. Günlük işlərini yerinə yetirərkən həm davranışlarını, həm də fiziologiyalarını müşahidə etmək unikal bir fürsətdir.”
Haenyeo UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs kimi tanınır. Ancaq qadın dalğıcların 90 faizi artıq 60 yaşdan yuxarıdır. Onların sayı 1970-ci illərdə 14 min olduğu halda, hazırda cəmi 3-4 min nəfərə düşüb.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, Haenyeolar qarşıdakı 20 il ərzində tamamilə yox ola bilərlər.
XVII əsrdən bəri ailələrinin dolanışığını təmin edən Haenyeo qadınları dalış geyimi, üzgəc (palet) və çəkili jiletdən başqa heç bir qoruyucu avadanlıq istifadə etmirlər. Topladıqları dəniz məhsullarını yığmaq üçün tevak adlanan üzmə vasitəsindən yararlanırlar. Onlar fərdi işləsələr də, adətən eyni vaxtda ən azı iki nəfər suyun içində olur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm
Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırıldı
14:05 27.07.2026
Gündəm