Almaniyanın rəqəmsal naziri Karsten Vildbergerin rəsmi çıxış və mətnlərin hazırlanmasında süni intellektdən (Sİ) istifadə etdiyi ortaya çıxıb.
Sherg.az Globalinfo.az-a istinadla xəbər verir ki, nazirlik rəsmiləri Sİ-dən istifadəni təsdiqləyib və bunun mətnlərin ilkin qaralama mərhələsində tətbiq olunduğunu bildirib:
“Çıxışların son versiyalarını insanlar yoxlayır və təsdiqlənir. Rəsmi açıqlamada bu addım süni intellektin dövlət idarəçiliyinə inteqrasiyası və rəqəmsallaşmanın sürətləndirilməsi kimi izah edilib”.
Qurum Sİ-ni dəstək vasitəsi kimi gördüyünü və Almaniyanın bu texnologiyadan daha effektiv istifadə etməli olduğunu vurğulayıb.