Dünyanın 8000-dən çox sahibkarı QNET-in VCON 2026 tədbiri üçün Malayziyada bir araya gəldi

  • Flaqman tədbir innovasiya, liderlik və transformasiyanı önə çəkir, gələcək üçün yeni məhsullar və imkanlar təqdim edir

Penanq, Malayziya – 6 iyul 2026-cı il: «Reform. Perform. Transform.» («Yenilən. Nəticə göstər. Transformasiya et.») devizi altında keçirilən VCON 2026 tədbiri 30 ölkədən 8000-dən çox sahibkar və biznes liderini bir araya gətirərək QNET-in sahibkarlıq, liderliyin inkişafı və şəxsi transformasiya üçün qlobal platforma kimi mövqeyini bir daha təsdiqlədi.

Malayziya Konvensiya və Sərgi Bürosu (MyCEB) və Tourism Malaysia tərəfindən dəstəklənən VCON 2026, Malayziyanın Turizm, İncəsənət və Mədəniyyət Nazirliyinin (MOTAC) tabeliyindəki qurumlarla əməkdaşlığın ardıcıl üçüncü ilini qeyd etdi. Bu, tədbirin Malayziyanın işgüzar tədbirlər və turizm ekosisteminə verdiyi davamlı töhfənin göstəricisidir. Tədbir Saharadan cənubdakı Afrika, Yaxın Şərq, Mərkəzi Asiya, Cənub-Şərqi Asiya və digər beynəlxalq bazarlardan olan iştirakçıları birhəftəlik öyrənmə, innovasiya, netvorkinq və ilham proqramı ətrafında birləşdirdi. Bu əməkdaşlıq həmçinin Malayziyanın dünya səviyyəli infrastrukturunu, zəngin mədəni müxtəlifliyini və məşhur qonaqpərvərliyini dünyanın hər yerindən gələn iştirakçılara nümayiş etdirməklə «Visit Malaysia 2026» kampaniyasının məqsədlərinə də dəstək verdi.

Təxminən otuz ildir ki, VCON QNET-in flaqman qlobal tədbiri kimi dünyanın müxtəlif ölkələrindən sahibkarları, liderləri və dəyişikliyə öncülük edən insanları fikir mübadiləsi aparmaq, bacarıqlar formalaşdırmaq, innovasiyaları mənimsəmək və potensiallarını üzə çıxarmaq üçün bir araya gətirir. Builki tədbir iştirakçıları ənənəvi düşüncə tərzini sorğulamağa, fəaliyyət göstəricilərini yüksəltməyə, biznesdə və həyatda mənalı dəyişikliklər yaratmağa ruhlandırdı.

VCON 2026-nın ən yaddaqalan məqamlarından biri şirkətin təsisçiləri və rəhbər komandasının çıxış etdiyi əsas sessiyalar silsiləsi oldu. Onlar sahibkarlığın gələcəyi, dözümlülük və uyğunlaşma qabiliyyəti, habelə insanların ömürboyu öyrənməyə və şəxsi inkişafa sadiq qaldığı təqdirdə ortaya çıxan imkanlar barədə fikirlərini bölüşdülər.

Bu sessiyalar iştirakçıları dəyişikliyi qəbul etməyə, davamlı təkmilləşməyə can atmağa, bizneslərində, cəmiyyətlərində və şəxsi həyatlarında mənalı təsir yaratmağa təşviq etdi.

QNET-in Baş İcraçı Direktoru Mattias Mildenborn bildirib: «Transformasiya son məqsəd deyil, davamlı öhdəlikdir. O, köhnəlmiş düşüncə tərzinə meydan oxumaq cəsarəti, iş üsullarımızı gücləndirmək intizamı və hər gün etimad qazanmaq üçün dürüstlük tələb edir.

Transformasiyamızı davam etdirdikcə biz daha güclü, daha şəffaf və daha hesabatlı QNET qururuq — komplayensi, etik biznes təcrübələrini və müştəri etimadını gördüyümüz hər işin mərkəzinə qoyan bir şirkət. Dünyanın hər yerindən 8000-dən çox sahibkarın VCON 2026-da bir araya gəlməsi təkcə qlobal icmamızın gücünü deyil, həm də ən yüksək peşəkarlıq standartlarına cavab verən dayanıqlı biznes qurmağa dair ortaq öhdəliyi əks etdirir.

Gələcəyə gəldikdə, hədəfimiz aydındır: innovasiya, məsuliyyətli sahibkarlıq, eləcə də fərdlər, ailələr və cəmiyyətlər üçün uzunmüddətli dəyər yaradan məhsullar və imkanlar vasitəsilə insanları gücləndirmək».

«Konvensiya boyunca iştirakçılar liderliyin inkişafı, biznesin qurulmasına dair seminarlar, məhsul təlimləri, komplayens təlimləri, şəxsi inkişaf və netvorkinq imkanlarından ibarət əhatəli proqramda iştirak etdilər. Məqsədimiz sahibkarları getdikcə daha dinamik və daha çox tənzimlənən dünyada dayanıqlı biznes qurmaq üçün zəruri olan bilik, bacarıq və təməllə təmin etməkdir», — deyə QNET-in Baş İcraçı Direktoru Mattias Mildenborn əlavə edib.

Məqsədyönlü məhsullarla innovasiyaya təkan

VCON 2026 həmçinin QNET-in sağlamlıq, həyat tərzi və texnologiya əsaslı innovasiyalardan ibarət genişlənən məhsul portfelinə qatılan üç yeni məhsulun qlobal təqdimat platforması oldu. Bu, şirkətin insanlara daha sağlam, daha balanslı və dolğun həyat yaşamaqda kömək etmək istiqamətindəki davamlı öhdəliyini əks etdirir.

Konvensiyada təqdim olunan yeni məhsullar bunlardır:

Amezcua GX-1 – özəl ART™ texnologiyası ilə işləyən, dünyada ilk qapalı dövrəli torpaqlanma duo matı (Closed-Loop Grounding Duo Mat). Gündəlik rifahı və şəxsi enerjini dəstəkləmək üçün nəzərdə tutulan GX-1 Amezcua-nın sağlamlıq innovasiyaları portfelinin ən son inkişaf mərhələsini təmsil edir.

Physio Radiance Aura – bitki əsaslı innovasiyanı dəri hüceyrələrinizə yenidən enerji verən qabaqcıl «3-ü 1-də» hüceyrə sistemi ilə birləşdirərək dərinizə gözlə görünən dərəcədə parlaq və gənc görünüş bəxş edir.

Interra Chronograph – dəqiq mühəndisliyi, müasir dizaynı və zamana meydan oxuyan ustalığı özündə birləşdirən, Interra kolleksiyasını daha da genişləndirən nəfis yeni saat modeli.

VCON 2026-nın diqqət çəkən məqamlarından biri də genişmiqyaslı məhsul sərgisi oldu. Burada iştirakçılar QNET-in sağlamlıq, həyat tərzi və lüks brendlərdən ibarət zəngin portfelini kəşf etmək, təcrübədən keçirmək və satın almaq imkanı qazandılar. Üç yeni məhsulun təqdimatı ilə tamamlanan sərgidə cəlbedici brend guşələri, canlı nümayişlər və maarifləndirici sessiyalar yer aldı. Bunlar hər bir məhsulun arxasında dayanan innovasiya və ustalıq barədə daha dərin təsəvvür yaratmaqla yanaşı, iştirakçılar üçün canlı alış-veriş təcrübəsi formalaşdırdı.

Ümumilikdə, yeni məhsulların təqdimatı və sərgi QNET-in innovasiya və keyfiyyətə sadiqliyini bir daha təsdiqlədi, eyni zamanda daha sağlam həyat tərzini və sahibkarlıq hədəflərini dəstəkləyən məhsullar və təcrübələr təqdim etdi.

Malayziyanın qlobal səhnədə nümayişi

QNET-in ən böyük beynəlxalq tədbirlərindən biri olan VCON 2026 dünyanın hər yerindən minlərlə qonağı qəbul etdi və Malayziyanın turizm və işgüzar tədbirlər ekosisteminə əhəmiyyətli töhfə verdi. Tədbir həmçinin Malayziyanın görüşlər, həvəsləndirmə səfərləri, konfranslar və sərgilər (MICE) üçün dünya səviyyəli məkan kimi cəlbediciliyini bir daha vurğuladı və yerli bizneslər və icmalar üçün əlavə müsbət faydalar yaratdı.

Məqsədyönlü transformasiya

VCON 2026 başa çatarkən iştirakçılar tədbirdən yeni biliklər, təzə baxış bucağı və hədəflərinə çatmaq üçün yenilənmiş əzmlə ayrıldılar.

Ən əsası isə onlar uğurun təkcə şəxsi nailiyyətlə deyil, həm də başqalarının həyatında yaratdığımız müsbət təsirlə ölçüldüyünü daha dərindən dərk etdilər.

VCON 2026-nın işıqları sönərkən Penanqda toplaşan minlərlə insan arasında bir mesaj əks-səda verdi: transformasiya yenilənmək cəsarəti, nəticə göstərmək intizamı və müsbət dəyişiklik yaratmaq əzmi ilə başlayır.

RYTHM – «Bəşəriyyətə kömək etmək üçün özünü yüksəlt» (Raise Yourself To Help Mankind) fəlsəfəsini rəhbər tutan QNET dünyanın hər yerində insanları məqsədli inkişaf, dürüstlüyə söykənən uğur və ailələrə, icmalara və gələcək nəsillərə fayda gətirən tərəqqi yolunda ruhlandırmağa davam edir.

QNET haqqında

QNET insanlara daha sağlam və balanslı həyat yaşamaqda kömək etmək üçün nəzərdə tutulmuş geniş çeşiddə eksklüziv məhsullar təklif edən və birbaşa satış biznes modeli əsasında fəaliyyət göstərən qlobal həyat tərzi və sağlamlıq şirkətidir. 1998-ci ildən bəri QNET-in innovativ məhsulları və elektron ticarətə əsaslanan modeli RYTHM – «Bəşəriyyətə kömək etmək üçün özünü yüksəlt» missiyası işığında dünya üzrə müştərilər və sahibkarlardan ibarət icmanın formalaşmasına kömək edib.

QNET bir sıra ölkələrdə Birbaşa Satış Assosiasiyasının, Honq-Konq Sağlam Qida Assosiasiyasının, Sinqapur Sağlamlıq Əlavələri Sənayesi Assosiasiyasının və digər qurumların üzvüdür. Şirkət həmçinin qlobal idman sponsorluqlarında tərəfdaş kimi çıxış edir — o cümlədən «Mançester Siti» Futbol Klubunun və Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi birbaşa satış tərəfdaşıdır. Bu da onun mükəmməlliyə sadiqliyini və qlobal əhatə dairəsini bir daha təsdiqləyir.

Ətraflı məlumat üçün: www.qnet.net.