Sabahdan Bakıda Hindistan məhsullarının sərgisi açılacaq
Yusif Nəzərli
12:10 25.03.2022
Relaks
1213
Martın 26-da Bakıda “Best of India” - Hindistan məhsullarının ən böyük eksklüziv Ticarət Sərgisi keçiriləcək.
Hindistanın Azərbaycandakı Səfirliyindən “Report”a verilən məlumata görə, sərgi “ANM Exhibitions”, Yun və Yun məhsullarının İxracının Təşviqi Şurası və Hindistanın Səfirliyi ilə birgə reallaşacaq.
Hindistanın səfiri Bavitlunq Vanlalvavna bildirib ki, bu ilki sərgi “Best of India” sərgisinin səkkizinci buraxılışı olacaq və bu sərgidə özünün düyü, çay, ədviyyatlar, hədiyyələr, əl işləri, ev mebeli kimi yüksək keyfiyyətli məhsul və xidmətlərini nümayiş etdirəcək Hindistanın 60-a yaxın şirkət iştirak edəcək.
Səfirin sözlərinə görə, tədbirin əsas üstünlüyü Hindistan Səfirliyinin piştaxtasında əsl Hindistan çayının canlı təbliğatınıın aparılması olacaq. Ziyarətçilər tədbir zamanı istənilən vaxt Hindistan stendində ödənişsiz olaraq Hindistan çayını dada bilərlər. Bundan əlavə, tədbirin davam etdiyi doqquz günü ərzində böyük LED ekranda Hindistanın Assam, Qərbi Benqal, Manipur, Himaçal Prade, Sıkkım, Tamil Nadu və Kerala və s. əyalətlərində turizm, mədəniyyət və investisiya imkanlarının təbliğatı məqsədilə Azərbaycan dilində subtitrlərlə videoların fasiləsiz nümayişi olacaq.
Səfir vurğulayıb ki, tədbirdə biznes və ticarətlə yanaşı, zəngin Hindistan mədəni irsinin xalq rəqsləri, Bollivud mahnılarının ifaları, ənənəvi alətlərdə ifa, xına (Mehndi) sənəti və s. vasitəsilə təmsil olunması da diqqət mərkəzində olacaq və bu da öz növbəsində “Best of India” tədbirinə dəyər qatacaq. Sərgiyə giriş ödənişsizdir.
B.Vanlavavna həmçinin qeyd edib ki, Hindistan və Azərbaycan arasında tarixi əlaqələrə əsaslanan sıx dostluq münasibətləri mövcuddur və ikitərəfli əməkdaşlıq əlaqələri də getdikcə genişlənir. 2021-ci il ərzində Hindistan və Azərbaycan arasında ümumi ikitərəfli ticarət dövriyyəsi 2020-ci ilə nisbətən 26,8 faiz artaraq 739,1 milyon ABŞ dolları təşkil edib.
"Hindistan Səfirliyi son bir il ərzində Hindistan və Azərbaycan şirkətləri arasında müxtəlif sektorlarda hibrid rejimdə ondan çox "B2B" görüşlər təşkil edib. Hindistan və Azərbaycan arasında Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) proqramı çərçivəsində də genişlənməkdə olan əməkdaşlıq mövcuddur. Bu proqram Azərbaycanın təcrübəli mütəxəssislərin və tələbələrin potensiallarınının artırılması üçün Hindistan qurumlarında bütün xərcləri qarşılanan təlim proqramları ilə təmin edir", - səfir bildirib.
Aprelin 3-dək səhər saat 11:00-dən axşam saat 7:00-dək Bakıda, Neftçilər prospekti 26A ünvanında yerləşən Bakı İdman Sarayında baş tutacaq “Best of India” Sərgisində Hindistan sənayesinin yüksək keyfiyyətli moda, tekstil və həyat tərzi məhsulları dünyaya tanılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günəşdə güclü alışma baş verib
01:17 18.11.2026
Ekologiya
Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq
00:56 18.11.2026
Cənubi Qafqaz
Lənkəranda 13 yaşlı yeniyetmə bıçaqla boğazından xəsarət aldı
23:16 17.11.2026
Hadisə
İrandan ərəb ölkəsinə xəbərdarlıq: Məhv olacaqsınız!
22:58 17.11.2026
Son dəqiqə
ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi şəbəkəsi sıradan çıxıb
22:39 17.11.2026
Dünya
Vladimir Putin Çinə səfər etdi
22:20 17.11.2026
Gündəm
Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
21:24 17.11.2026
Aktual
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:12 17.11.2026
Hadisə
Britaniya Ukraynaya mindən çox raket verəcək
21:00 17.11.2026
Dünya
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm