Avropa İttifaqı soyuducu avadanlıqların haker hücumuna məruz qalması iddiaları ilə əlaqədar bir aydan az müddətdə İrana qarşı yeni sanksiyalar barədə razılığa gələ bilər.
Teleqraf xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro "France 5" televiziyasında bildirib.
"Bazar ertəsi günü Brüsseldə bu kiberhücuma görə məsul olanlara qarşı dəlillər təqdim etdim ki, onlara qarşı sanksiyalar tətbiq olunsun. Buna görə də onların maliyyə aktivlərini donduracağıq. İnanıram ki, bu sanksiyalar bir ay ərzində tətbiq oluna bilər", - Barro deyib.
Noyabrın 9-da Fransa İranı oktyabrda soyuducu avadanlıqlarına qarşı kütləvi kiberhücumda ittiham edin və İranın müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.
İranın xarici işlər naziri Abbas Əraqçi də öz növbəsində Fransa hökumətini öz uğursuzluqlarına görə günahı başqalarının üzərinə atmaqda günahlandırıb.