Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı sosial media, rəqəmsal məzmun və kompüter oyunlarına çıxışın məhdudlaşdırılması üçün lazımi addımların atılmasının vacibliyini bildirib.
Sherg.az xəbər verir ki, Baxçalı partiyasının TBMM-dəki qrup toplantısında çıxışı zamanı rəqəmsal dövrdə cəmiyyətdə mənəvi dəyərlərin aşınmasının ciddi problemə çevrildiyini vurğulayıb.
O qeyd edib ki, dünyanın bir çox ölkəsində sosial media, rəqəmsal məzmun və oyunlara çıxışın məhdudlaşdırılması istiqamətində tədbirlər görülür.
“Bu məqamda bizim də lazımi addımları atmağımızın vaxtı çatıb, hətta gecikirik”, - deyə MHP lideri bildirib.
Baxçalı çıxışında Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki gərginlik və “Terrorçusuz Türkiyə” prosesi barədə də danışıb.