ABŞ Senatı Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə minatəmizləmə proqramlarına 265 milyon dollar ayrılmasını tövsiyə edib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Senatının rəsmi saytında dərc olunan 2027-ci maliyyə ili üzrə Dövlət Departamentinin maliyyələşdirilməsinə dair qanun layihəsinin izahat qeydində bildirilib.
"ABŞ Senatının Təxsisatlar Komitəsi Anqola, Azərbaycan, Kamboca, Laos, Şri-Lanka, Ukrayna, Vyetnam, Zimbabve, eləcə də Sakit okean regionundakı ada dövlətlərində adi silahların məhv edilməsi, ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi proqramları üçün ən azı 265 milyon dollar ayrılmasını tövsiyə edib", - deyə sənəddə qeyd olunub.