QADAĞA: Avropa şirkətləri daha Rusiyadan kömür satın ala bilməyəcəklər
10:27 10.04.2022
İqtisadiyyat
797
Vüqar Bayramov: "Bu isə o deməkdir ki, kömür qadağası Rusiya üçün valyuta itkisinə səbəb olacaq"
"Qərb Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiq edib. Sanksiyalar içərsində ən çox diqqəti çəkən məqam Rusiyadan kömür ixracatının dayandırılmasıdır".
"Sherg.az"ın xəbərinə görə, bunu millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, sanskiyalarla bağlı qərar Avropa Komissiyasının saytında yerləşdirilib:
"Bu da qadağaların qüvvəyə minməsi anlamına gəlir. Deməli, bu gündən etibarən Avropa şirkətləri Rusiyadan kömür satın almaq müqavilələri bağlaya bilməyəcəklər. Əvvəlki dövrdə bağlanan müqavilələr isə avqustadək icra olunub başa çatmalıdır. Rusiyada kömür istehsalının son illər artımı qeydə alınırdı. 2021-ci ildə Rusiya istehsalı əvvəlki il ilə müqayisədə 7 faiz artıraraq 262 milyon tona çatdırıb. 2024-cü ilədək isə bu rəqəmi 445 milyon tona çatdırmağı hədəfləyirdi. Rusiyanın kömür ixracatından illik gəliri 12.4 milyard dollar idi. Avropa Birliyi Rusiyanın gömür ixracatının 26.3 faizini təşkil edirdi. Bu orta hesabla illik 3.5 milyard dollar Avropa Birliyindən kömür idxalına görə Rusiyaya valyuta ödənişi demək idi. Avropa Birliyinin son qərarından sonra digər alıcıların da Rusiyadan kömür idxalının azaldacağı gözlənilir. Rusiya kömür ixracatının 22 faizi Cənubi Koreya, Yaponiya və Tayvana ünvanlanıb ki, sözügedən ölkələr, xüsusən ilk iki dövlətin sanksiyalara qoşulacağı gözləniləndir".
Ekspert qeyd edib ki, Rusiya Avropa Birliyinin kömür idxalının 45 faizini formalaşdırırdı:
"Rusiyadan ən çox kömür alan Avropa ölkəsi illik 22.3 milyon ton idxal ilə Almaniya idi. Daha sonra Niderland, Polşa və İtaliya Rusiyadan kömür alıcıları idilər. Kömür ixracatına müəyyənləşən qadağa Rusiya üçün valyuta gəlirlərinin azalması və məşğulluq baxımdan neqativ təsirlərə malikdir. Rusiya istehsal etdiyi kömürün yarıdan çoxunu ixrac edirdi. İstehsala görə dünyada Çin, Hindistan, İndoneziya, Birləşmiş Ştatlar və Avstraliyadan sonra 6-cı olan Rusiya 217 milyon ton xarici satışla ixracat həciminə görə İndoneziya və Avstraliyadan sonra ilk üçlüyə daxil idi. Bu isə o deməkdir ki, kömür qadağası Rusiya üçün valyuta itkisinə səbəb olacaq. Digər tərəfdən isə, kömür sənayesi Rusiyada məşğulluğun təminatına xüsusi dəstək verən sahələrdəndir. İxracatın minimumlaşdırılması fonunda bu sahədə də iş yerlərinin azalacağı istisna deyil. Qərb sanksiyaları genişləndirməkdə davam edir. Ukraynada isə sanksiyalara adekvat olaraq müharibənin miqyası genişlənir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
17:17 17.11.2026
Ölkə
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial
Nazim İbrahimovun yeni fotosu heyrətləndirdi - FOTO
16:58 17.11.2026
Cəmiyyət