Moskvada yeni görüşə hazırlıq gedir: Rusiya üçtərəfli bəyanatların icrasında maraqlıdır
10:03 10.04.2022
Siyasət
649
"Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.
Analitik bildirib ki, Putin Paşinyanla müzakirələr apardıqdan sonra İlham Əliyev Rusiya liderinə zəng edib:
"Ermənistan Azərbaycanın təklif etdiyi 5 maddəlik baza prinsipini qəbul edib. Bu barədə dövlət başçısı İlham Əliyev xatırlatma verib. Putinin eyni gündə, belə gərgin qrafikində dövlət başçısı İlham Əliyevlə və Paşinyanla danışmasının səbəbləri sırasında Brüsseldə əldə edilmiş razılıqlardan irəli gələcək gedişatlara dair mövqeləri öyrənmək dayanır. Mümkündür ki, Rusiya Avropa İttifaqının üstün vasitəçilik təşəbbüslərinin dərəcəsini azaltmağa çalışır. Bu mənada yaxın zamanlarda liderlərin Moskvanın təşəbbüsü ilə yenidən danışıqlar masasına əyləşəcəyinə hazırlıq proseslərinin getdiyi ehtimalları artır. Bu, Azərbaycan üçün xeyirlidir, çünki sülhyaratma prosesindəki vasitəçilik üçün rəqabət Bakının əlinə işləyir. Onsuz da bütün tərəflər bilir ki, ölkə rəhbəri İlham Əliyev öz sözünün üstündə axıra qədər dayanacaq və prinsipiallığından əl çəkməyəcək. Artıq reallığın dərkinə dair təsvirlər Qərbdə də, Rusiyada da mövcuddur və Azərbaycan dövlətinin Ermənistana hər hansı güzəşt edəcəyi gözlənilən deyil. İstənilən halda, Brüsseldə əldə edilmiş razılıq – istər üzdə olanlar, istərsə də, məxfi saxlanılanlar – Kremli üçtərəfli bəyanatların icrasına təşviq edir. Putinin istər Əliyevlə, istərsə də Paşinyanla müzakirə predmetlərində üçtərəfli bəyanatların icrası barədə fikir mübadiləsi aparması həmin fikri gücləndirir".
Ekspert vurğulayıb ki, 10 noyabr, 11 yanvar və 26 noyabr bəyanatlarının əməli müstəvidəki icrasında Rusiyanın mövqeyində hansısa axsamalar olacağı da istisna deyil:
"Aprelin 8-də Rusiya xarici işlər naziri Sergey Lavrovun ATƏT-in Minsk Qrupunun həmsədr institutunun “dəfni” barədə dedikləri fonunda da Putinin mövqeyi önə çıxır. Rusiya əslində həmin bəyanatla özünün proseslərdəki təsirini genişləndirməyi qarşıya məqsəd qoyur. Ancaq Azərbaycan öz ərazilərini tərəflərin rəqabət meydanına çevrilməməsində israrlı mövqe nümayiş etdirir. Putinin ilk olaraq Paşinyanla danışmasının səbəblərinə gəlincə, yəqin ki, Rusiya lideri Ermənistan baş nazirinin nəbzini yoxlamaqla onun səmimi olub-olmamasını öyrənib. Daha sonra Əliyevin Putinə zəng etməsi, İrəvanın öhdəliklərin icrasındakı bundan sonrakı rolu barədə Rusiyanın mövqeyini öyrənmək məqsədi daşıyıb. Nəticə odur ki, yeni görüşə hazırlıq gedir. Rusiya üçtərəfli bəyanatların icrasında maraqlıdır. Bu, həm də onun Türkiyə ilə isti münasibətlərindən də qaynaqlanır. İstənilən halda, prosesdən Azərbaycan qazanclı çıxır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
17:17 17.11.2026
Ölkə
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial
Nazim İbrahimovun yeni fotosu heyrətləndirdi - FOTO
16:58 17.11.2026
Cəmiyyət