"Laçın şəhəri və ətraf kəndlər nəzarətimizə keçməlidir"
Yusif Nəzərli
08:48 04.08.2022
Gündəm
596
“Ermənilər hələ SSRİ dövründə Qarabağda separatçılığa başlayanda və gələcək “addımlarını” planlaşdıranda qarşılarına bir neçə hədəf qoymuşdular”.Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib. Analitik bildirib ki, ermənilərin birinci hədəfləri keçmiş Dağlıq Qarabağın tamamını, o cümlədən Şuşanı işğal etmək, azərbaycanlıları dədə-baba yurdlarıdan qovmaq idi: “İkinci hədəfləri keçmiş “Dağlıq Qarabağ” ətrafında “təhlükəsizlik zolağı” yaratmaq və bunun üçün Azərbaycanın digər rayonlarını işğal etmək idi. Üçüncü hədəfləri isə Laçın dəhlizinə nəzarəti götürmək idi. Separatçılar Birinci Qarabağ müharibəsində hər 3 hədəflərinə çatdılar. İkinci Qarabağ müharibəsində isə “təhlükəsizlik zolağını” və işğalda saxladıqları Şuşa və Hadrut qəsəbəsini itirdilər. Azərbaycanlıların geri qayıdışı prosesi başlandı. Hazırda üçüncü hədəfləri olan Laçın dəhlizi də əllərindən çıxmaq üzrədir. Alternativ yol hazırdır. Buna görə də Laçın şəhərinin, kəndlərinin və dəhlizin Azərbaycan Ordusunun nəzarəti altına keçməsi aktuallaşıb. Separatçılar müqavimət göstərməyə çalışır və Kremldən dəstək umurlar. Qarşımızda dayanan separatçılar deyil, onlarla məsələni həll etmək çətin deyil, aydınlaşdırılmalı məsələ Kremlin verəcəyi qərarla bağlıdır”.
E.Şahinoğluna görə, Azərbaycan Qarabağda Rusiya ilə toqquşmaq istəmir: “Danışıqlar yolu ilə rusiyalı hərbçilərin alternativ yola keçidi təmin edilməlidir. Bu məqsədlə yaxın günlərdə Bakı ilə Moskva arasında danışıqların intensivləşəcəyini proqnozlaşdırmaq olar. Rusiya sülhməramlıları Laçına alternativ yolun tikintisinə mane olmadılar. Deməli, Kreml Laçın dəhlizinin alternativ yolla əvəz edilməsi ideyasının əleyhinə deyil. Bu bənd 2020-ci ilin 9 noyabr ortaq bəyanatında da yer alıb. Sadəcə, alternativ yol vaxtından əvvəl inşa olunub. Əgər Moskva Azərbaycanla strateji tərəfdaşlığın davamını istəyirsə sülhməramlılarını alternativ yola köçürməli, Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycan Ordusunun nəzarətinə keçməsinə imkan verməlidir. Əks halda Rusiya-Azərbaycan münasibətlərində çat baş verəcək”.
Oxşar xəbərlər
Yəmən hökuməti Bab əl-Məndəb boğazı və Zubab rayonuna nəzarəti tam itirib - YENİLƏNİB
17:30 15.11.2026
SEPAH: ABŞ-ın Bəhreyndəki helikopter bazasındakı radara PUA zərbəsi endirilib - YENİLƏNİB
12:23 15.11.2026
Xəbər lenti
Hamısına bax
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət