Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

Baş nazir Nikol Paşinyan Beynəlxalq Frankofoniya Təşkilatının Pnompen şəhərində keçirilən sammitinin plenar iclaslarında iştirak edib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, plenar iclasda sülhlə bağlı məsələlər müzakirə olunub.

Paşinyan Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına, eləcə də regional əməkdaşlığın təşviqinə yönəlmiş davam edən proseslərə toxunub.