Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu müxtəlif mədəniyyətləri bir araya gətirməyə davam edir
Yusif Nəzərli
11:28 04.08.2022
Cəmiyyət
555
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxovla görüşüb.
Görüşdə Günay Əfəndiyeva Fondun fəaliyyətindən, təşkilat tərəfindən türk xalqlarının mədəni irsinin mühafizəsi və beynəlxalq aləmdə təbliği məqsədilə həyata keçirilən layihələrindən söz açıb.
Fondun prezidenti mədəniyyətlərarası dialoqun, müxtəlif mədəniyyətlərin bir araya gətirilməsinin rəhbəri olduğu təşkilatın fəaliyyətində önəmli yer tutduğunu bildirib.
Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov görüşdə Azərbaycanın və bütövlükdə Türk dünyasının maddi-mədəni dəyərlərinin dünyada tanıdılmasında Fond tərəfindən görülən işləri yüksək qiymətləndirib.
Səfir Türk xalqlarının çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin təbliğ və təşviqinin önəmindən bəhs edərək, birgə layihələrin keçirilməsinə dəstək verəcəyini qeyd edib. Görüş fikir mübadiləsi ilə davam edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət