Meyxanaçı fakt qarşısında!- “Bu, dar düşüncənin məhsuludur”
Yusif Nəzərli
12:24 11.08.2022
Cəmiyyət
2462
Elşad Miri:“Yəqin ki, onlar ağalarının xoşuna gəlmək üçün bu cür ifadələr işlədirlər.Təəssüflər”
Fazil Mustafa:“Qarabağı Azərbaycan xalqı – xristianı, müsəlmanı, yəhudisi ilə din ayrı-seçkiliyi etmədən, türkü, talışı, tatı ilə isə xalq ayrı-seçkiliyi etmədən azad etdi”
Meyxanaçıların din haqqında qəzəllər, meyxanalar deməsi aktiv müzakirə predmetinə çevrilib. Müşahidələrə əsasən deyə bilərik ki, ən çox dini meyxanalar səsləndirən meyxanaçılardan bir də məhz Elşən Xəzərdir. Onun dediyi son dini qəzəl isə birmənalı qarşılanmayıb. Belə ki, meyxanaçının dini məclisdə söylədiyi qəzəldən
“Sinə vuranlar idi səngərdə duranlar,
Azad etdi torpağı qüdrətli hüseynçilər”
beyti bir neçə gündür ki, aktualdır. Bəzi sosial və siyasi fəallar Elşən Xəzərin bu ifadələri orduda parçalanma yaratmaq niyyəti ilə işlətdiyini iddia edir. Onun bu sözləri cəmiyyətdə tənqid olunmaqla yanaşı, parlamentari səviyyəsində də qınanılıb. Millət vəkili Fazil Mustafa qeyd edib ki, bu, səviyəsizcəsinə başqa ölkənin təbliğatını aparmaq üçün irəli atılan addımdır.
Deputatın sözlərinə görə, Qarabağı Azərbaycan xalqı – xristianı, müsəlmanı, yəhudisi ilə din ayrı-seçkiliyi etmədən, türkü, talışı, tatı ilə isə xalq ayrı-seçkiliyi etmədən azad etdi:
“Əgər hansısa məzhəb duyğusu ilə bu döyüşə girsəydik, gərək gedib ermənilərə dəstək verərdik. Çünki ermənilərə kimin dəstək verdiyi bəllidir. Qarabağda hər bir kəs Azərbaycanı qorumaq duyğusu ilə savaşdı.
Onların etdiyi bu hərəkət hayassızcasına hər bir Azərbaycan vətəndaşının öz vətənini azad etmə savaşına kölgə düşürməkdir. Heç bir şəkildə Azərbaycan vətəndaşı hansısa məzhəbə görə, hansısa dini düşüncəyə görə Qarabağı azad etməyib. Azərbaycan vətəndaşı olmağı ilə qürur və şərəf hiss duyduğuna görə bu döyüşdə iştirak edib”.
Meyxanaçıların dini qəzəllər deməsinə və deputatın cavabına münasibət bildirən ilahiyyatçı Elşad Miri “Sherg.az”a açıqlamasında qeyd edib ki, bu cür məsələlərdə hansısa meyxanaçı nəsə deyə bilər, lakin onun fikir və iddiaları gündəmi müəyyənləşdirməməlidir:
“Amma cəmiyyətimizdə gündəm baş qarışdırmaq üçün bu kimi ifadələrlə formalaşırsa, biz də bunlara cavab vermək məcburiyyətində qalırıq. Fazil bəyin cavabının arxasındayam. Onun fikirləri ilə razıyam. Bəs digərlərinin səsi niyə çıxmır? Kaş Fazil bəyin apardığı bu təbliğat və maarifləndirməyə digər 124 deputat da qoşula. Bu həqiqətən alqışlanmalı məsələdir”.
İlahiyyatçı müharibədə iştirak edənləri hüseynçi hesab edənlərə öz suallarını ünvanlayıb:
“Biz hər zaman Azərbaycanın multikultural cəmiyyəti olduğunu, burada insanların bərabər yaşadığını deyirik. Bu şəxslər konkret olaraq bu döyüşçüləri hüseynçilərlə əlaqələndirirlər. O zaman belə bir sual verim: Bəs bu döyüşçülərin arasında əliçilər, həsənçilər, muhammadilər və yaxud Quran tərəfdarları yoxdurmu? Bəs Vətən müharibəsində iştirak edən yəhudi əsilli vətəndaşlarımız, şəhid olan xristian əqidədə olan döyüşçülərimiz, dinləri qəbul etməyən, özünün deist kimi təqdim edən şəhidlərimiz barədə nə deməliyik ? Bu, tipik dar düşüncənin məhsuludur. Yəqin ki, onlar ağalarının xoşuna gəlmək üçün bu cür ifadələr işlədirlər. Təəssüflər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya