Respondentlərin 94,7 faizi Prezident İlham Əliyevə etibar edir - SORĞU
Respondentlərin 94,7 faizi Prezident İlham Əliyevə etibar edir - SORĞU
Yusif Nəzərli
07:24 17.11.2022
Aktual
399
Azərbaycanda respondentlərin 94,7 faizi Prezident İlham Əliyevə etibar edir.
“Report” xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusu nəticəsində məlum olub.
“Rəyi soruşulanların 94,7 faizi Prezident İlham Əliyevə etibar etdiyini söyləyib. Respondentlərin 84.7%-i dövlət başçısına tam etibar etdiyini, 10.6%-i əsasən etibar etdiyini bildirib. Cəmi 2,9% respondent əsasən etibar etmədiyini, 1,3% respondent heç etibar etmədiyini qeyd edib. Respondentlərin 0,5%-i bu barədə mövqe bildirməkdə çətinlik çəkib.
Rəyi soruşulanların təxminən 91 faizi isə Birinci vitse-prezident Mehriban Əliyevaya etibar etdiyini, etimad göstərdiyini vurğulayıb”, - deyə qurumun İdarə Heyətinin sədr müavini, deputat Elşad Mirbəşiroğlu “İnam İdeksi” jurnalının 8-ci sayının təqdimatında bildirib.
Rəy sorğusu vətəndaşların Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin hakimiyyətin digər qollarına, parlament, məhkəmə təsisatlarına, yuxarı icra orqanı kimi Nazirlər Kabinetinə, yerli icra hakimiyyəti orqanlarına olan inam və etimadının öyrənilməsi məqsədi ilə keçirilib.
E.Mirbəşiroğlu deyib ki, respondentlərin 31,6%-i Milli Məclisə tam etibar etdiyini, 31,7%-i əsasən etibar etdiyini bəyan edib:
“Respondentlərin 9,8%-i qanunverici orqana əsasən etibar etmədiyini, 22,3%-i isə heç etibar etmədiyini bildirib. 4,7% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.
Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin 30,4%-i məhkəmələrə tam, 28,8%-i isə əsasən etibar etdiyini bildirib. Rəyi öyrənilənlərin 11,1%-i əsasən etibar etmədiyini, 20,7%-i isə heç etibar etmədiyini qeyd edib”.
Sorğu Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında keçirilib və 1068 respondentin rəyi öyrənilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropanın enerji xəritəsində Azərbaycanın çəkisi artır - ŞƏRH
20:20 13.11.2026
Gündəm
Azərbaycanda kirayə qiymətləri 6 %-ə yaxın artıb
20:07 13.11.2026
Sosial
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
20:05 13.11.2026
Dünya
Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı
19:56 13.11.2026
Hadisə
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət