Ermənistanın Baş naziri Nikol Paşinyan İrlandiyanın paytaxtı Dublindən İrəvana qayıdır. Lakin hökumət başçısının Ermənistanda qalacağı müddət uzun olmayacaq.
Sherg.az xəbər verir ki, Paşinyan sosial şəbəkə hesabında paylaşdığı videoda sabah Kambocaya yola düşəcəyini bildirib.
O, Kambocada keçiriləcək Frankofoniya sammitində iştirak edəcək.
Qeyd edək ki, Ermənistanın baş naziri bundan əvvəl Dublində keçirilən Avropa Siyasi Birliyinin sammitinə qatılıb.