
Rusiya Azərbaycana yeni səfir təyin etdi: Nə baş verəcək? - TƏHLİL
14:45 15.06.2023
Gündəm
659
Mixail Yevdokimov özündən əvvəlki səfirə bənzəməyəcək, diqqətimiz onun üzərində olmalıdır
"Bir-biri ilə mübarizə aparan iki böyük güc – ABŞ və Rusiya eyni zaman kəsiyində Azərbaycana səfir təyin ediblər. Fərq ondadır ki, Kreml bir fərmanla səfirini çalışacağı ölkəyə göndərməyə hazırlaşır, lakin Vaşinqtonda bu prosedur mürəkkəbdir". Bu barədə "Sherg.az"a politoloq Elxan Şahinoğlu deyib. Analitik qeyd edib ki, Konqres prezidentin müəyyənləşdirdiyi səfiri sorğu-suala tutur, bəzən isə namizədi təsdiq etmir: "Azərbaycan nümunəsində belə bir hal olub. Metyu Brayza Konqresin təsdiqini almadığından Azərbaycandakı səfir vəzifəsini yarımçıq buraxmalı olub. ABŞ Prezidenti Co Baydenin Azərbaycana səfir təyin etmək istədiyi diplomat Mark Libbidir. ABŞ-nin keçmiş prezidenti Donald Tramp tərəfindən 2019-cu ildə təyin olunan Örl Litzbergerin səlahiyyət müddəti ötən ilin iyul ayında başa çatsa da, ABŞ hələ də Azərbaycana yeni səfir təyin etməyib. Mark Libbinin namizədliyi 2022-ci ilin may ayının 25-də irəli sürülsə də, Konqresin Xarici Əlaqələr Komitəsində onun namizədliyi ilə bağlı dinləmələr iyunun 13-də keçirilib. Mark Libbi hazırda Vaşinqtondakı Milli Müharibə Kollecində çalışır. O, 2021-ci ilin iyun ayınadək ABŞ-nin Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib. O, həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub. Bundan əlavə, Vaşinqtonda Dövlət Departamentinin Əməliyyat Mərkəzində nəzarətçi və daha sonra Böhranların İdarə Edilməsi üzrə Direktor müavini vəzifəsində fəaliyyətini davam etdirib. Mark Libbi daha sonra Mərkəzi Avropa İşləri Ofisində direktor müavini, Cənubi Avropa İşləri İdarəsinin direktoru olub. Mark Libbi Senatın Xarici Əlaqələr Komitəsində çıxışında Azərbaycanın Ukraynaya humanitar yardımlarını yüksək qiymətləndirib".

Ekspert diqqətə çatdırıb ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana təyin etdiyi yeni səfir - Mixail Yevdokimov da təcrübəli diplomatdır: "1959-cu ildə anadan olan Yevdokimov 1981-ci ildən keçmiş SSRİ-nin Xarici İşlər Nazirliyində çalışıb. SSRİ dağıldıqdan sonra Rusiya Xarici İşlər Nazirliyinin müxtəlif departamentlərində rəhbər vəzifələrdə çalışıb. 1997-2001-ci illər arasında ölkəsini BMT-dəki Nümayəndəliyində və digər beynəlxalq təşkilatlarda təmsil edib. Yevdokimovun XİN-dəki son vəzifəsi Müstəqil Dövlətlər Birliyində departament rəhbəri olub. Belə anlaşılır ki, Azərbaycana səfir təyin olunan rusiyalı diplomat bölgəni yaxşı tanıyır. Yevdokimovdan əvvəlki səfir Mixail Boçarnikovun Azərbaycandakı fəaliyyət dövrü bir göz qırpımında bitdi. Boçarnikov kölgədə qalmağa üstünlük verirdi, müsahibə və açıqlamaları çox deyildi. Halbuki Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin az qala hər gün açıqlama verir, Ermənistanı qarış-qarış gəzir. Doğrusu, bizə Rusiyanın Azərbaycanda Kopırkin kimi fəal səfiri heç lazım da deyil. Rusiyanın Azərbaycandakı ilk səfiri Valter Şoniyanın qarışmadığı məsələ qalmamışdı. Mixail Yevdokimov aparat işçisi olaraq ölkəsinin xarici siyasət prioritetlərini yaxşı mənimsəyib. Mixail Yevdokimov patronu Sergey Lavrovun Qərbin keçmiş SSRİ məkanında Rusiyanın maraqları əleyhinə çalışması fikrini bölüşür. Məsələn, Yevdokimov da Lavrov kimi hesab edir ki, Qərb Müstəqil Dövlət Birliyi çərçivəsində inteqrasiya proseslərini əngəlləmək istəyir. Yevdokimov bu səbəbdən MDB çərçivəsində fəallaşmanın zərurəti fikrindədir. Rusiyanın Azərbaycana təyin olunan yeni səfiri Rusiyanın bölgədəki maraqlarının təmin edilməsində yaradıcı yanaşmanın tərəfdarıdır. Deyəsən, Mixail Yevdokimov özündən əvvəlki səfirə bənzəməyəcək, diqqətimiz onun üzərində olmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm