Mikayıl Cabbarov: Azərbaycan 2050-ci ilə qədər qaz emissiyalarını 40% faiz azaltmağı hədəflənib
Yusif Sultanoğlu
15:25 02.12.2023
Tarix
3586
“Bu gün dünya iqlim dəyişikliyi ilə bağlı beynəlxalq təşəbbüsdə müəyyən edilmiş prioritetlərə nail olmaq yolunda çətinliklərlə üzləşir. İqlim dəyişikliyi, su qıtlığı, ərzaq təhlükəsizliyi, qeyri-bərabərlik və yoxsulluqla müşayiət olunan COVID-19 pandemiyasının davamlı təsirləri yaşıl və dayanıqlı iqtisadiyyata keçid üçün böyük maneələr yaradır”.
APA xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Dubayda keçirilən COP 28 konfransı çərçivəsində G77 və Çin liderlərinin sammitində deyib.
Nazir qlobal təşəbbüslərin qəbulundan sonra Azərbaycan onların universal təşviqinə və iqlim təşəbbüslərinin və 2030-cu il gündəliyinin həyata keçirilməsinə möhkəm sadiqliyini nümayiş etdirdiyini vurğulayıb: “Transformativ dəyişiklikləri təşviq etmək öhdəliyi dayanıqlılığa, inklüziv inkişafa və təmiz enerjiyə diqqət yetirməklə milli iqtisadiyyatın yenidən formalaşdırılmasına bağlılığı əks etdirir. Bundan əlavə, iqtisadiyyatların yenidən modelləşdirilməsi qlobal miqyasda effektiv və davamlı maliyyə mənbələri tələb edir. Bu səbəbdən, yaşıl inkişafın sürətləndirilməsinə müsbət təsir göstərən özəl sektor investorlarına imkanları araşdırmaq üçün şəbəkə platformalarının yaradılması çox vacibdir”.
Mikayıl Cabbarov son iki onillikdə Azərbaycan diqqətəlayiq iqtisadi transformasiya yaşayıb və ÜDM üç dəfə artdığını əlavə edib: “Qeyd edək ki, ölkə yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılmasına nail olub, bu rəqəm 49%-dən 5%-ə düşüb. Bundan əlavə, Azərbaycan 2023-cü ildə ÜDM-in təxminən 10%-ni təşkil edəcəyi gözlənilən olduqca aşağı xarici dövlət borcu ilə dünya miqyasında fərqlənir. Ekoloji davamlılıq Azərbaycanın inkişaf strategiyasında diqqət mərkəzində yer alıb, təmiz ətraf mühitə və yaşıl inkişafa sadiqlik ilk beş prioritet sahəyə daxildir. Bu, iqtisadi tərəqqi ilə ekoloji məsuliyyət arasında tarazlıq yaratmaq üçün qlobal səylərlə üst-üstə düşür”.
Yaşıl enerji transformasiyasının hərəkətverici qüvvəsi kimi, bərpa olunan enerji mənbələrinin 2026-cı ilə qədər Azərbaycanda elektrik enerjisi istehsalı üçün quraşdırılmış gücün 24%-ni təşkil edəcəyini deyən iqtisadiyyat naziri 2030-cu ilə qədər isə 30%-ə çatmağın iddialı hədəf olduğuna işarə edib:
“Bundan əlavə, Azərbaycan istixana qazlarının əhəmiyyətli dərəcədə azaldılmasını hədəfləyir. Qaz emissiyalarını 2050-ci ilə qədər 40% faiz azaltmaq hədəflənib. Buraya Ermənistanın 30 illik işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur regionlarında iqlim dəyişikliyi ilə bağlı öhdəliklərin yerinə yetirilməsinə töhfə verən yaşıl enerji zonasının yaradılması daxildir.
Yaşıl iqtisadiyyatı reallaşdırarkən üzləşdiyimiz ciddi problemlərdən biri də geniş minalanma fəaliyyətləri nəticəsində torpaqlarımızın çirklənməsidir. Azərbaycan minatəmizləmə təşəbbüslərinin davamlı inkişafı və yaşıl keçidi asanlaşdırır. Minatəmizləmənin regionun rifahına və tərəqqisinə əhəmiyyətli təsirini, eləcə də ölkəmizin inkişafı üçün daha geniş əhəmiyyətini nəzərə alaraq, humanitar minatəmizləmə formal olaraq Azərbaycanda 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edilib.
Nəhayət, qeyd etmək istərdim ki, yaşıl iqtisadiyyata keçid istəyə bağlı deyil, mütləqdir. Bu, iqtisadi rifahın və ətraf mühitin rifahının bir-birinə qovuşduğu gələcəyə bağlılığı ifadə edir. İqtisadiyyatların çiçəkləndiyi, ekosistemlərin çiçəkləndiyi və gələcək nəsillərin resurslarla zəngin dünyanı formalaşdıraraq, birlikdə müsbət dəyişikliklərə doğru yol alaq. İndi yaşıl iqtisadiyyatın vaxtıdır və bu baxışı reallığa çevirmək üçün məsuliyyət hər birimizin üzərinə düşür”.
Oxşar xəbərlər
GİZLİNLƏR: Stalinin cənazəsi Mavzoleydən necə çıxarılıb? - Tarixçi təfərrüatları açıqlayıb
12:04 31.10.2026
Bərdənin Ermənistan tərəfindən dördüncü dəfə raket hücumuna məruz qalmasının ildönümüdür
00:41 28.10.2026
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət