
AİB sədri: Ənənəvi olmayan heyvan ətlərinin satışına qadağa qoyulmalıdır
13:03 04.10.2024
Cəmiyyət
609
İsmayıllıda qidaya yararsız at əti satan şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, İsmayıllıda polis əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə həyata keçirdikləri tədbirlərlə qanunsuz ət kəsimi ilə məşğul olan Vüqar Ziliyev, qohumu Xəyal Ziliyev və Sübhan İbrahimov saxlanılıblar. V.Ziliyevin yaşadığı ünvana baxış keçirilərkən qidaya yararsız 450 kiloqram at əti aşkarlanıb. Saxlanılanlar yararsız at ətini mal əti adı altında Bakı şəhərinə apararaq orada satmaq niyyətində olduqlarını bildiriblər. Aşkar olunan ətlərdən müvafiq nümunələr götürülüb və ekspertiza zamanı ətin istifadəyə tam yararsız olduğu üzə çıxıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Sherg.az”a bildirib ki, AİB ölkədə bu kimi halların kökünü kəsmək üçün 20 ildir iş aparır:

''Azərbaycanda heç bir ətin satışında qadağa olmadığına görə, bazarda mundar at, eşşək ətləri mövcuddur. Ona görə də AQTA və yaxud Nazirlər Kabineti ənənəvi olmayan heyvan ətlərinin satışına qadağa qoymalıdır. Xüsusən mundar olmuş heyvan ətlərinin satışının qarşısını almaqda ən uğurlu işi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür. Onlar tutulan şəxsləri cərimələməklə yanaşı, həbs də edirlər. Düşünürəm ki, bu idarə həmin sahədə daha fəal tədbirlər görməlidir. At əti başqa ətlərlə qarışdırılaraq prestijli yerlərdə satıla bilər. Çox təəssüf ki, belə hallar bələdiyyələrin, sahə müvəkkillərinin gözü qarşısında baş verir. Ona görə də cəmiyyət buna qarşı mübarizə aparmalıdır. At əti tünd rəngi, spesifik pis qoxusu və qabırğalarının enliliyi ilə xarakterizə edilir. Lakin atın yumşaq hissələrini digər ətlərlə qarışdırdıqda bunu seçmək çətindir. Qeyd edim ki, at ətləri baytarlıq nəzarətindən keçmir. Həmçinin At əti yeyilən ölkələrdə bu nüans tamam fərqlidir. Belə olduğu təqdirdə vətəndaşlar mədə-bağırsaq və digər xəstəliklərə yoluxa bilərlər. Bu səbəbdən bu kimi hadisələrlər üzləşməmək üçün ciddi mexanizmlərə gərək var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə