Ermənistanda azadlıqdan məhrum edilən şəxslərin 47 faizi barəsində hələ məhkəmə hökmü çıxarılmayıb. Son üç ayda belə şəxslərin sayı 100-dən çox artıb.
Sherg.az xəbər verir ki, bu barədə “Ayakve” təşəbbüsünün koordinatoru Avetik Çalabyan parlament dinləmələrində bildirib.
Onun sözlərinə görə, Ermənistanda həbs qətimkan tədbiri qeyri-adekvat və seçici şəkildə tətbiq olunur. Çalabyan qeyd edib ki, Avropada bu göstərici 25, Rusiyada 30, Gürcüstan və Azərbaycanda 22, Türkiyədə 17, Bolqarıstanda isə 7 faizdir.
Müxalifətçi siyasətçi məhkəmələrin həbs qərarları üçün daha ciddi əsaslandırma tələbləri ilə üzləşməli olduğunu vurğulayıb.