Ermənistan hakimiyyəti müxtəlif sosial qruplara hərbi xidmətdən möhlət və azadolma hüququ verməklə orduda xidmət edəcək potensial şəxslərin sayını azaldır.
Sherg.az xəbər verir ki, bunu müxalifətdəki “Ermənistan” fraksiyasının deputatı Geqam Manukyan parlamentdə bildirib.
Deputat hakimiyyətin bu siyasətini tənqid edərək qeyd edib ki, yeni güzəştlər nəticəsində orduda kimin xidmət edəcəyi sual altına düşür. O, istehza ilə bildirib ki, gələcəkdə Ermənistanın qastronomik turizmini inkişaf etdirmək məqsədilə “Mișlen” ulduzlu aşpazların da hərbi xidmətdən azad edilməsi təklif oluna bilər.
Qeyd edək ki, müzakirə olunan qanun layihəsi dünyanın 50 ən yaxşı universitetində təhsil alan və Ermənistan üçün strateji əhəmiyyətli sahələrdə çalışan şəxslərə hərbi xidmətdən möhlət və ya azadolma yaş həddinin artırılmasını nəzərdə tutur.