Çin, ABŞ və Rusiya liderləri noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək görüşdə qlobal sülh və strateji sabitlik məsələlərini müzakirə edəcəklər.
Sherg.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.
Onun sözlərinə görə, tərəflər böyük dövlətlər arasında strateji sabitliyin təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparacaqlar. Görüşdə Vladimir Putin, Donald Tramp və Si Cinpin iştirak edəcəklər.