
ABŞ İsrailə dəstəyi davam etdirəcək - Baydenin Təl-Əviv səfəri...
Yusif Nəzərli
13:19 18.10.2023
Aktual
381
ABŞ Prezidenti Cozef Baydenin İsrailə səfəri başlayıb.Bu barədə xarici KİV məlumat yayıb. Onu hava limanında İsrail Prezidenti İsxak Hersoq və Baş nazir Benyamin Netanyahu qarşılayıblar. C.Baydenin İ.Hersoq və B.Netanyahu ilə görüşü gözlənilir.
Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyld Oustin də İsrailə səfər edib.
Baydenin İsrailə səfərini “Sherg.az”a şərh edən politoloq Həşim Səhrablı bildirib ki, Baydenin Yaxın Şərqdə baş verən müharibə dövründə Təl-Əvivə getməsi müzakirə mövzularının hansı istiqamətdə olacağını xəbər verir:
“Bütün dünya İsrailin ən yaxın müttəfiqi, ona dəstək verən birinci ölkənin ABŞ olduğunu bilir. Netanyahunun yenidən iqtidara qayıtmasından sonra ABŞ-lə İsrail arasında xarici siaysətdə bir sıra anlaşılmazlıqların baş verməsinin şahidi olduq. Amma bu anlaşılmazlıqlar iki ölkə arasındakı müttəfiqlikləri sıradan çıxara bilməz. İsrail Amerika müttəfiqliyi daimidir. Sözügedən ölkələrin Yaxın Şərqlə bağlı olan siyasətləri hər zaman üst-üstə düşür. Dövlət olaraq Amerika İsraili dəstəkləməyə davam edəcək. Çünki İsrailin Yaxın Şərqdə uduzması ilk öncə Amerikanın bölgədəki ağırlığının azalması deməkdir”.

Ekspert Qəzza zolağında xəstəxananın vurulması və xeyli əhalinin həlak olması məsələsinin də görüşün müzakirə mövzularından biri olacağını vurğulayıb:
“Dünənki hadisə dünyanın bir çox media qurumunda müharibə cinayəti adlandırıldı. Baş verənlərin Baydenin səfəri ilə üst-üstə düşməsi bu məsələnin də müzakirə mövzusu olacağı deməkdir. ABŞ müttəfiqi İsrailə bu məsələlərdə diqqətli olmaq çağırışı edəcək. Eyni zamanda müzakirələr zamanı atəşkəs məsələsidə gündəmdə olacaq. Ən əsası isə bütün dinlərin mərkəzi sayılan Yerusəlim şəhərinin təhlükəsizliyi, əməliyyatlardan ziyan gəlməməsi barədə danışılacaq. Qüds həm yəhudilərin həm müsəlmanların həm də xristianların toxunmaq istəməyəcəyi bir şəhərdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Melonidən Rusiya ilə bağlı xəbərdarlıq: Diqqətli olmalıyıq
17:15 14.04.2026
Siyasət
Ağstafa çayından sel keçdi, mərkəzlə əlaqə çətinləşdi - Foto
17:13 14.04.2026
Aktual
ADY: Qatarlara daş atılması ilə bağlı 18 fakt qeydə alınıb
17:09 14.04.2026
Hadisə
Mirzoyan Brüsseldə Kallasla görüşdü
17:06 14.04.2026
Siyasət
“Türkiyə–İsrail müharibəsi iddiaları əsassızdır” - Aydın Sezer
16:55 14.04.2026
Gündəm
Qubanın Afurca kəndində torpaq sürüşməsi qeydə alınıb
16:38 14.04.2026
Hadisə
Bakıda binada partlayış olub, ölən və xəsarət alanlar var
16:19 14.04.2026
Hadisə
Baş nazir Administrasiyası Samvel Karapetyana çağırış etdi
16:08 14.04.2026
Gündəm
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrıldı
16:04 14.04.2026
Ölkə
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılıb
16:03 14.04.2026
Sağlamlıq
Zelenski: “Drujba” neft kəməri aprelin sonuna qədər təmir olunacaq
15:45 14.04.2026
Dünya
Rusiya Ukraynanın su anbarını vurdu
14:51 14.04.2026
Dünya
Kılıçdaroğluna həbs cəzası verildi
14:46 14.04.2026
Gündəm
İran 4 etirazçını edam edəcək: amma əvvəlcə...
14:36 14.04.2026
Region