“ABŞ-la münasibətlərimiz Fransa ilə olduğu kimi deyil”- ŞƏRH
Banuçiçək Kalbalıyeva
13:35 29.07.2021
Aktual
566
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Tərəflər bölgədə mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların həlli ilə bağlı məsələləri müzakirə ediblər. İki ölkə sərhədində yaşanan gərginlikdən narahatlıq ifadə edən Filip Riker vəziyyətin sabitləşməsinin vacibliyini vurğulayıb. Nazir Ceyhun Bayramov iki ölkə sərhədində baş verən gərginliklər, xüsusilə də son günlərdə Ermənistan tərəfindən təxribatlara əl atılması, Azərbaycan mövqelərinin intensiv atəşə tutulması və nəticədə 23 iyul tarixində Azərbaycanın bir hərbi qulluqçusunun şəhid olması, 28 iyul tarixində isə iki hərbi qulluqçumuzun yaralanması barədə qarşı tərəfə məlumat verib. Azərbaycan tərəfinin bu təxribatlara cavab olaraq müvafiq tədbirlər gördüyü və sərhəd mövqelərimizi müdafiə etdiyi qeyd olunub. Nazir Azərbaycanın vəziyyətin gərginləşməsində maraqlı olmadığını və bütün fikir ayrılıqlarının siyasi və diplomatik yolla həllinin tərəfdarı olduğunu vurğulayıb.
Nazir Ceyhun Bayramov Ermənistanın məsuliyyətini dərk etməsinin və təxribatlara son verməsinin vacib olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli sözügedən telefon danışığının fonunda Azərbaycan- ABŞ münasibətlərini “Sherg.az”a şərh etdi:
“Qərb son vaxtlar fəallaşıb. Bu o deməkdir ki, əlaqələrə yenidən baxmalıyıq. Lakin bizim ABŞ-la münasibətlərimiz Fransa ilə olduğu kimi deyil. Azərbaycan diaspor və lobbisi ABŞ-dakı ştatlarla ciddi iş qurub. Bu günlərdə Oklahoma ştatının qubernatoru Kevin Stittinin prezident İlham Əliyevə kovboy papağı hədiyyə etməsi əlaqələrimizin təzahürüdür. Ümumiyyətlə, Bakının ABŞ-la bağlı xarici siyasətinin əsas prioritetləri Azərbaycan həqiqətlərinin tanıdılmasına dair qarşılıqlı işlərin görülməsi və ştatlarla əlaqələrdir. ABŞ Cənubi Qafqazda xüsusilə anti-rus mövqeyini gücləndirməkdən ötrü bölgəyə gəlmək istəyir. Bunu siyasi sabitlik olmayan Ermənistan vasitəsilə etməsi bir qədər təhlükəlidir. Lakin ABŞ-la kifayət qədər yaxşı münasibətlər yaratmaq üçün potensialımız var. Bu, gələcəkdə Senatda əleyhimizə hansısa qərarların qəbul edilməsinin qarşısını alacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə
Kanalizasiya borularını oğurlayanlar saxlanıldı
11:49 01.05.2026
Hadisə
Azərbaycanda yeni virus yayılıb? - Nazirlik
11:44 01.05.2026
Sağlamlıq