Adil Əliyev: Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir
16:39 19.06.2020
Aktual
584
Azərbaycan Prezidenti İlham Əliyev həmişə olduğu kimi yenə işğalçı dövlətin baş naziri Nikol Paşinyanı yerində oturtdu.
Prezident məşhur Münhen Təhlükəsizlik Konfransında Paşinyanın və Ermənistanın illərdir yürütdüyü işğalçı siyasəti rəqəmlərlə və faktlarla ifşa etmişdi. Azərbaycan Prezidentinin Ermənistanda faşizmin təbliğatı ilə bağlı sadaladıqları faktlara da Paşinyan tutarlı cavab verə bilmədi. Paşinyanın budəfəki təxribat cəhdi də uğursuzluğa düçar oldu.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclis Sədrinin müavini Adil Əliyev deyib.
O bildirib ki, iyunun 18-də Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin videokonfrans formatında keçirilən sammitində Nikol Paşinyan mövzudan kənarlaşaraq azərbaycanlı zabit Ramil Səfərovun erməni zabitini öldürməsi məsələsini qaldırdı. Paşinyan və digər erməni rəsmilər ilk dəfə deyil ki, bu mövzunu ortaya atır və beynəlxalq təşkilatlardan dəstək almağa – 15 il əvvəl baş vermiş hadisəni qınamağa çağırırlar. Paşinyana və digərlərinə Ramil Səfərovun erməni zabitini nəyə görə cəzalandırdığı dəfələrlə izah olunub. Azərbaycan zabiti bayrağımızı aşağlayan işğalçı ölkənin hərbçisinə seyrçimi qalmalıydı? Paşinyanın ara qarışdırmaq planı yenə alınmadı. Azərbaycan Prezidenti Paşinyana ölkəsinin yaxın keçmişini bu sözlərlə xatırlatdı: “Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar”. Azərbaycan Prezidenti sözlərinə onu da əlavə etdi ki, Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Dövlət başçısı bu faktı Paşinyana xatırlatdıqdan sonra mövzuya bu cümlə ilə yekun vurdu: “Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim”.
“Onlayn konfransa qatılan digər iştirakçılar Paşinyanın sayıqlamasına reaksiya vermədilər. Çünki, Şərq Tərəfdaşlığı Proqramında iştirak edən digər dövlət başçıları və Avropa İttifaqı komissarları Paşinyanın yalan danışdığını bilir və onlar birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünə dəstək verirlər. Bu isə o deməkdir ki, həmin dövlət başçıları və Avropa İttifaqı Ermənistanın Azərbaycan torpaqlarının işğalı faktını danmırlar. Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə məruzəçilərinin bir neçə gün əvvəl Paşinyanın növbəti təxribatı ilə bağlı yaydıqları bəyanat da İrəvana sərt sillə mahiyyəti daşıyır. Avropalı deputatlar birmənalı qeyd etdilər ki, Ermənistanın Azərbaycanın işğal altındakı rayonları üzərindən Dağlıq Qarabağa üçüncü yol çəkməsi təxribatdır və onlar Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyirlər.
Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan bu vaxta qədər Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq sazişi imzalayıb. Yaxın perspektivdə Azərbaycanla Avropa İttifaqı arasında da strateji saziş imzalanacaq. Bu mənada Prezident İlham Əliyev Avropa İttifaqı ilə sazişin imzalanması üzərində iş getdiyini və sənədin 90 faizinin razılaşdırıldığı barədə dediklərini xatırlatmaq yerinə düşər”, - deyə Adil Əliyev vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm