
Akademiyanı "alverxanaya" çeviriblər
Yusif Nəzərli
01:30 29.04.2022
Aktual
1151
Cümşüd Nuriyev: "Qohumbazlıq, yerlipərəstlik Azərbaycan elmini pis günə qoyub"
"Çıxış yolu odur ki, vaxtı ilə AMEA-dan didərgin saldıqları, sürgün etdikləri həqiqi elm adamlarını geri gətirsinlər"
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi-təşkilati fəaliyyətinə həsr olunmuş ümumi yığıncağında ciddi məqamlar gündəmə gətirildi. Rəhbərlik başda olmaqla, çıxış edən vitse-prezidentlər, akademiklər AMEA-dakı mövcud problemlərdən bəhs etdilər. Akademiyada bəzi struktur dəyişikliklərinin vacibliyi, fəaliyyətsiz bölmələrin ixtisarı, qurumun hüquqi statusu, gənc elm adamlarının sosial durumu, dəxilsiz adamlara “alim” adının verilməsi və s. məsələlərlə bağlı tənqidi fikirlər səsləndirildi.
Elm ocağında kompleks islahatların zəruri olduğu vurğulandı. Lakin problemlərin çözülməsi üçün ortada modern konsepsiyanın olmadığı bəyan edildi. Xatırladaq ki, son dönəmlər AMEA-dakı neqativ hallar, idarəetmədəki nöqsanlar, korrupsiya faktları sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib. İctimaiyyət nümayəndələrinin fikrincə, elm millətin və dövlətin həm keçmişi, həm də gələcəyidir. İnkişafın əsas lokomotivi elm və innovasiyadır. Əfsuslar olsun ki, Azərbaycan elmi dünyanın və ölkəmizin ümumi inkişaf dinamikasından geri qalmaqdadır. O səbəbdən elm ocağında ciddi islahatlara ehtiyac olduğu vurğulanır.

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə açıqlamasında bildirib ki, AMEA-da uzun müddət ədalətsizlik hökm sürüb. Professorun sözlərinə görə, son aylarda vəziyyət nisbətən dəyişsə də, əvvəlki problemlər hələ də qalmaqdadır:
“Ümumi yığıncaqda çıxış edən alimlər öz iradlarında haqlı idilər. Amma sual yaranır, niyə Ramiz Mehdiyevin zamanında, ya da ondan öncə həmin problemləri gündəmə gətirmirdilər?! Hamı bilir ki, AMEA daxilindəki problemlər çoxdan yaranıb. Əgər məqsəd problemin həlli yox, “yıxılana balta çalmaqdırsa”, bunu doğru saymıram. Qoçaqlıq belə olmur. Alimlər vaxtında “dil açmalıydı”. Haqsızlıq, ədalətsizlik qarşısında susqunluq nümayiş etdirmək alimə yaraşmayan hərəkətlərdir. Reallıq odur ki, bu gün “alim” adı ilə Akademiyaya doluşanlar elm ocağındakı problemlərdən şikayət edən məhz həmin alimlərin aspirantları, ya da yerliləridir. AMEA-da traybalizm (idarəetmənin nəsil-tayfa arasında formalaşması –red) çox güclüdür. Qohumbazlıq, yerlipərəstlik Azərbaycan elmini pis günə qoyub. Akademiyanı “alverxanaya” çeviriblər. Gömrükdən şikayət edənlərin adı vaxtı ilə bir çox qalmaqallarda hallanıb. Əgər xaricdən gətirilən avadanlıqlar elmi innovativ texnologiyaya aiddirsə, ümumiyyətlə onlardan gömrük vergisi tutulmur. Vergilərin, rüsumların məbləğini Milli Məclis müəyyələşdirir”.
Professor vurğulayıb ki, əsas məsələ tənqid etdikdən sonra konkret təkliflər verməkdir: “Akademiyada ciddi dəyişikliyə nail olmaq üçün hələ yetərli iradə yoxdir. Qurumun prezidenti vəzifəsini icra edən Akademik Arif Həşimov çox tərbiyəli, ziyalı adamdır. Ramiz Mehdiyevin müsbət əməli varsa, o da Arif Həşimovu irəli çəkməsidir. Ancaq nə qədər ki, Akademiya daxilində elmdən uzaq, məntiqsiz yanaşmalar dolaşır, inkişafdan danışmaq yersizdir. Özümüzü aldatmayaq. AMEA-nın köklü reformlara ehtiyacı var. Yerində olmayan vəzifə sahibləri çoxdur. Elm və ictimaiyyətdən uzaq Akademiya tərəqqi yolunu tuta bilməz. Çıxış yolu odur ki, vaxtı ilə AMEA-dan didərgin saldıqları, sürgün etdikləri həqiqi elm adamlarını geri gətirsinlər. Diplom alış-verişinə, rüşvətə, qohumbazlığa, yerliçiliyə son verilməlidir. Akademiya daxilində elmi yenidən cücərtmək lazımdır. Əks halda elm məbədinin yaşamaq ehtimalı çox aşağıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm