Alimlər müzakirə etdilər - “Müəllim”, yoxsa "müəllimə"? – Fikirlər haçalandı
Banuçiçək Kalbalıyeva
14:46 09.09.2020
Aktual
1404
Möhsün Nağısoy: “Əlbəttə, “müəllimə” işlənməsi məqbul deyil. Fəqət qadağan etmək də olmaz”
Adil Babayev: “Müəllimə” düzgün deyil”
Qulu Məhərrəmli: “Bu söz artıq “vətəndaşlıq” alıb və dilin heç bir qaydasına zidd deyil”
Dilimizdə xeyli müzakirəli məqamlar var. Onların hər biri zaman-zaman gündəmə gəlir, ciddi fikir mübadiləsi aparılır. Belə mübahisə obyektlərindən biri də “müəllim” sözüdür. Bu peşə ilə məşğul olan qadınlara “müəllimə” deyilməsini bəziləri haqlı hesab edir, bəziləri isə yox. Vəziyyət o həddə çatıb ki, qadın pedaqoqlara necə müraciət edəcəyimizi özümüz də bilmirik. Çaşır, tərəddüddə qalırıq.
Odur ki, “Sherg.az” olaraq məsələyə aydınlıq gətirmək məqsədilə mütəxəssislərin fikirlərini öyrəndik.
Akademik Möhsün Nağısoy bunun çoxdan müzakirə olunduğunu deyib:
“Bu sualı mənə tez-tez verirlər. Düzdür, “müəllimə” dilimizin qrammatik quruluşuna aid deyil. Amma işlənir. Ona bənzər “şairə” elə kütləvi olmasa da, “xadimə” artıq dilimizdə oturuşub. Belə sözlər bizə ərəb dilindən keçib. Çünki onlarda cins kateqoriyası var. Bizdə isə yoxdur. Əlbəttə, “müəllimə” işlənməsi məqbul deyil. Fəqət qadağan etmək də olmaz. Bu sözlər tədricən sıradan çıxacaq”.
Professor Adil Babayev də müzakirəli məsələni cins kateqoriyası ilə əlaqələndirib:
“Sovet dövründə cins kateqoriyası var idi. Hətta iş o yerə çatmışdı ki, “komsomolka”, “pionerka” kimi sözlər meydana çıxmışdı. Adil, Əli kimi adam adlarında “-ə” sonluğunu məqsədəuyğun hesab etmək olar. Lakin “müəllimə” düzgün deyil”.
Professor Qulu Məhərrəmli isə fikirlərini belə izah edib:
“Bu sözlə bağlı ciddi mübahisələr var. “Müəllimə”nin əleyhinə olanlar bizdə cins kateqoriyasının olmamasını əsas kimi göstərirlər. Amma bu söz artıq “vətəndaşlıq” alıb və dilin heç bir qaydasına zidd deyil. Bizdə cins kateqoriyası olmasa da, onu formalaşdıran situasiyalar var. Əziz, Fərid, Cəmil tipli adlara bir “-ə” şəkilçisi artırmaqla qadın cinsinə çevirmək mümkündür. Deməli, dil özünü tənzimləyən mexanizm kimi reallıq, gerçəklik yaradır. Əlbəttə, konteksdən asılı olaraq məsələyə differensial yanaşmaqda fayda var. Belə ki, adətən müraciət zamanı “müəllimə” deyilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı