CHP-də Özgür Özəl dövrünə aid bütün açıqlamalar partiyanın saytından silindi

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) rəsmi saytından Özgür Özəlin 2023–2026-cı illərdəki sədrliyi dövrünə aid bütün xəbərlər, mətbuat açıqlamaları və parlament çıxışları silinib.

Sherg.az xəbər verir ki, silinmə prosesi yalnız Özəlin açıqlamalarını deyil, onun komandasının bəyanatlarını və mətbuat konfranslarını da əhatə edib. Həmçinin mitinq və televiziya çıxışlarının da saytdan götürüldüyü bildirilir.

CHP sözçüsü Müslüm Sarı daha əvvəl məhkəmə qərarı qüvvəyə mindiyi təqdirdə Özəl və həmin dövrün rəhbərliyinin fəaliyyətinin hüquqi baxımdan etibarsız sayılacağını, partiyanın internet səhifəsindəki materialların da silinəcəyini açıqlamışdı.