ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var

ABŞ-ın Florida ştatındakı Palm-Biç şəhərində özəl təyyarə küçənin ortasına düşüb. Hadisə nəticəsində bir neçə nəfərin öldüyü bildirilir.

Sherg.az xəbər verir ki, bu barədə yerli “Boca News” portalı məlumat yayıb.

İlkin məlumata görə, təyyarə təxminən 2,5 min metr yüksəklikdən yerə düşüb. Texas ştatının Ostin şəhərindən səhər saatlarında havaya qalxan reaktiv təyyarənin qəzası nəticəsində yolun ortasında böyük çuxur yaranıb.

Şahidlərin sözlərinə görə, təyyarə düşərkən mobil evə də çırpılıb. Lakin bu məlumat hələ dəqiqləşdirilməyib.

Palm-Biç dairəsinin şerif idarəsi hava gəmisi ilə bağlı insidentin araşdırıldığını təsdiqləyib. Ölən və yaralananların dəqiq sayı barədə hələlik rəsmi məlumat yoxdur.