
“Anadolu Qartalı - 2022” ! - “Pilotların əməliyyat hazırlığı artırılır”
Yusif Nəzərli
12:16 21.06.2022
Aktual
711
Türkiyənin Konya şəhərində “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təlimi başlayıb.Təlimlər 20 İyun - 1 İyul tarixləri arasında Konyada 3-cü Əsas Reaktiv Baza Komandanlığında reallaşır.. "Anadolu Qartalı-2022” təlimi NATO-nun “Ramstein DUST-2022/2” təlimi ilə birlikdə gerçəkləşdirilir.Təlimlərə Türkiyə Hava və Dəniz Qüvvələri ilə yanaşı, Azərbaycan, İngiltərə, İordaniya, Pakistan və NATO hərbçiləri də qatılıb.Qeyd edək ki, təlimin ilkin mərhələsində iştirakçılara təlimatçılar tərəfindən tərtib olunan plan üzrə təhlükəsizlik qaydaları çatdırılıb, uçuş və digər tapşırıqlarla bağlı məsələlər izah olunub.
Plana uyğun olaraq hərbi pilotlar şərti düşmənin hava hücumundan müdafiə vasitələrini məhv etdikdən sonra təyin olunan hədəflərə aviasiya zərbələri endiriblər. Təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.

"Anadolu Qartalı - 2022" təlimlərini "Sherg.az"a dəyərləndirən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, məşğələ keçirilən 3-cü əsas raket bazasının komandanlığı unikal imkanlara malikdir:
"Dünyada bu tip cəmi 3 taktiki - təlim mərkəz var. Avropada isə Konya təlim mərkəzinin analoqu yoxdur. Təlimlərdə Türkiyə arsenalına daxil olan "F-16", "KC-135", "E-7T HİK", "ANKA-S", Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının " Freqat və artilleriya gəmisi", Azərbaycanın "Su-25" və "MiQ-29", Britraniyanın “Eurofighter Typhoon” Pakistanın "F-16", İordaniyanın isə "E-3A" təyyarələri iştirak edəcək.
Bolqarıstan, Çad, Efiopiya, Cənubi Afrika Respublikası, Gürcüstan, Qətər, Şimali Makedoniya, Kosovo, Liviya, Malayziya, Tunis, Özbəkistan və Oman müşahidəçi qismində olacaqlar.
Gələcəkdə müşahidəçi ölkələrdən bəzilərinin təlim iştirakçılarına çevriləcəyi gözlənilir".
Hərbi ekspert təlimlərin məqsədlərini açıqlayıb. Ə.Verdiyev bildirib ki, təlimlər müttəfiq qüvvələr arasında qarşılıqlı əlaqə yaradır və dəstəyi artırır:
"Təlimlərin keçirilməsində əsas amal pilotların əməliyyat hazırlıq səviyyələrinin yüksəltmək, birgə və inteqrasiya olunmuş əməliyyat üsullarını sınaqdan keçirmək, real əməliyyat şəraitində itkiləri minimuma endirmək, milli və müttəfiq qüvvələrin birgə əməliyyat keçirmə imkan və qabiliyyətini təkmiləşdirməkdən ibarətdir. İki qardaş ölkə arasında keçirilən ikitərəfli və çoxtərəfli təlimlərin siyahısı genişlənir. Azərbaycan - Türkiyə əlaqələri hərbi əməkdaşlığın bütün sahələrini əhatə edir. İki tərəfin orduları arasındakı sıx münasibətlər, birgə təlimlər regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya