Avropa İttifaqı ilə əlaqələr yeni mərhələyə qədəm qoyacaq
Yusif Nəzərli
08:20 21.07.2022
Aktual
483
Beynəlxalq təşkilatla yeni saziş üzərində ciddi iş aparılır
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin 18 iyul tarixli birgə bəyanatı bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır ki, Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə on beş ildən artıqdır sıx əməkdaşlıq edir. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanıb. İkitərəfli əlaqələrin inkişafında bu sənədlər mühüm rol oynayıb.
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirib. Deputatın sözlərinə görə, öncə neft hasilatına, sonra qaz hasilatına başlanılıb:
“Eyni zamanda, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkilib. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya edib. Bununla Azərbaycanın təbii qazı Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir.
Dünyada və regionda baş verən hadisələr bir daha göstərdi ki, enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir. Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın gücləndirilməsi istiqamətində addım və səyləri bu fikri bir daha təsdiq edir”.
Parlament üzvünün sözlərinə görə, Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu mövcuddur:
“Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlanıb. Bu layihələrin də uğurla icra oluncağına heç şübhə yoxdur. Tərəflər bu məsələdə qətiyyətli və prinsipial mövqe nümayiş etdirirlər. Hazırda Azərbaycan Qarabağada bir çox istiqamətlərdə, o cümlədən enerji sahəsində mühüm layihələrin icrasını planlaşdırır. Artıq bir sıra layihələrin icrasına başlanılıb. Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı 157 qeqavata bərabərdir. Gələn illər ərzində istifadəyə veriləcək yeni qaz yataqları da mövcuddur. Bərpaolunan enerjidən istifadə edilmə nəticəsində ixrac üçün daha çox qaz ehtiyatı təmin olunacaqdır.
İmzalanan Memorandumun əhəmiyyətinə gəldikdə sənəd gələcək əməkdaşlığımızın yol xəritəsidir. Planlaşdırılmış bütün məsələlər icra olunub”.
C.Məmmədov vurğulayıb ki, şəbəkələrin qurulması əsas məsələlərdən biridir:
“Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq, şəbəkənin qurulması üzərində daha səylə çalışmalıyıq. Xəzərin qərb sahilində Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşularla birləşdirən dəmir yolları var.
Bu, çox önəmli məsələdir. Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində də ciddi iş aparılır. Gələn ay hazırlıq işləri başa çata bilər. Bu, tərəflər arasında əlaqələri daha da inkişaf etdirəcək, ikitərəfli əlaqələr yeni mərhələyə qədəm qoyacaq. Həmçinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada da ciddi işlər aparılır.
Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşıdır. Ticarət dövriyyəsinin artırılması və inkişaf etdirilməsində əsas məqsəd xalqlarımızın rifahının yaxşılaşdırılmasıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə