Avropada islama qarşı təhqirlər intensivləşəcək  

"İsveçdə Quranın yandırılması təkcə Rasmus Paludanın irqçiliyindən qaynaqlanmır, son dövrlər Avropada İslama qarşı bu cür addımların artması müsəlman miqrantların etirazını körükləməyə və onların çıxarılmasına zəmin yaratmağa hesablanmış kimi görünür". 
Sherg.az xəbər verir ki,  bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, Ukrayna müharibəsindən sonra Avropada yenidən aktuallaşan miqrant problemi fonunda bu xüsusilə diqqət çəkir. İstisna deyil ki, digər ölkələrdə də İslama qarşı təhqirlər intensivləşəcək.