Axın var: Çimərliklərdə xüsusi növbətçilik yaradılıb, gündəlik reydlər keçirilir
10:56 06.09.2020
Aktual
698
Paytaxtda çimərlik mövsümünün sonu yaxınlaşmasına baxmayaraq, vətəndaşların çimərliklərə istirahətə gəlişi davam edir.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Sherg.az-a bildiriblər ki, bununla əlaqədar olaraq çimərliklərdə sosial məsafə saxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi, təmizliyə riayət olunması ilə bağlı Bakı Şəhər və Rayon İcra hakimiyyətlərinin struktur qurumları tərəfindən karantin şəraiti nəzərə alınaraq tədbirlər davam etdirilir, vətəndaşlara səsgücləndiricilər vasitəsilə bu barədə mütəmadi xəbərdarlıqlar edilir. Artıq 1 aydır ki, çimərliklər fəaliyyət göstərir və sakinlər yaradılan şəraitdən razılıqlarını bildirirlər.
Həmçinin ərazilərin dezinfeksiyası və tullantıların daşınması məsələləri ciddi nəzarətdə saxlanılıb, kommunal xidmətlərin işçiləri xüsusi rejimdə çalışaraq tullantıların vaxtında daşınmasını təmin edirlər. Hər bir çimərlikdə tullantıların və tibbi maskaların atılması üçün ayrıca konteynerlər qoyulub, dezinfeksiyaedici məhlullar olan guşələr yaradılıb.
Çimərlik mövsümünün sonu yaxınlaşdığından şənbə və bazar günlərində oraya insan axınının çoxluğu nəzərə alınaraq xüsusi növbətçilik yaradılıb, gündəlik reydlər keçirilir. Çimərliklərin fəaliyyətinə Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların nəzarəti artırılıb.
Çimərliklərə gələnlərin sayının tənzimlənməsi məqsədilə “cimerlik.az” portalı fəaliyyət göstərir. Burada hər çimərliyin tutumu ilə bağlı rəqəmlər əks olunub. İstirahətə gələn vətəndaşların sayını ASAN könüllüləri qeydə alır və çimərliklərə girişi tənzimləyirlər.
Görülən bütün işlərin əsas məqsədi vətəndaşları xəstəliyə yoluxmaqdan qorumaqdır. Buna görə də icra qurumlarının nümayəndələri tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı