AYB ev verilən yazıçıların adlarını niyə gizlədir? - Açıqlama
11:04 20.11.2023
Aktual
331
Xəbər verdiyimiz kimi, ötən həftə Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olan 21 nəfərə ev verilib. Bu isə yazıçılar arasında narazılığa səbəb olub. Onların bir qismi iddia edirlər ki, ev bölgüsü obyektiv həyata keçirilməyib. Hətta 1-2 evi olan şəxslərə yenidən evlər verildiyi də səsləndirilən iddialar arasındadır.
Bundan başqa, siyahının tam açıqlanmaması da əlavə narazılıqlara və şayiələrin yayılmasına səbəb olub. Şənbə günü AYB-dən tam siyahının bu həftənin ilk iş günü açıqlanacağı bildirilib.
Məsələ ilə bağlı AYB-nin mətbuat katibi Xəyal Rza ilə əlaqə saxladıq.
O Bakupost.az –a açıqlamasında bunları dedi:
“Anar müəllimin xaricə səfəri var. Əgər bu gün alınsa, gələ bilsə, onunla danışıb açıqlama verəcəyik. Yəni AYB-dən rəsmi cavabı gözləyirik”.
KİV-də yayılan siyahıdakı adlara gəlincə, X.Rza “Onu özləri tərtib edib. İçərisində doğru olanlar da, olmayanlar da var”, deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə