Ukraynanın hava hücumundan müdafiə qüvvələri gecə hücumu zamanı Rusiya raketlərinin heç birini zərərsizləşdirə bilməyib.
Sherg.az xəbər verir ki, bu barədə “Strana” nəşri Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatlarına istinadən yazıb.
Məlumata görə, Rusiya qüvvələri hücum zamanı “İsgəndər-M”, S-400, “Sirkon” və “Oniks” raketlərindən, eləcə də digər raket növlərindən istifadə edib. Ukrayna tərəfinin hesabatında raketlərdən hər hansı birinin vurulduğu qeyd olunmayıb.
Bununla yanaşı, Ukrayna hərbçiləri buraxılan 210 pilotsuz uçuş aparatından (PUA) 181-nin, o cümlədən 110 reaktiv drondan 87-nin zərərsizləşdirildiyini bildiriblər.
Məlumata əsasən, hücum nəticəsində 32 obyektdə zərbələr qeydə alınıb, daha səkkiz ərazidə isə vurulmuş hava hədəflərinin qalıqları aşkarlanıb.