AZAL-ın sabiq prezidenti çıxış yolu göstərdi:“Çox asanlıqla həll etmək olar”
Yusif Nəzərli
15:23 17.06.2022
Aktual
1243
Ədalət Əliyev:“Azərbaycanın kifayət qədər mülki aviasiya sahəsində təyyarələri mövcuddur”
Xalid Kərimli:“Zəngəzur dəhlizi bağlı olduğu üçün AZAL əlavə reyslər buraxaraq, tələbatı qarşılaya bilər"
Millət vəkili Fazil Mustafa Naxçıvana təyyarə biletinin tapılmadığını dərbəylik adlandırıb. Parlamentari köməklik üçün ona onlarla zəng edildiyini qeyd edib:
“Kiminsə rəyi soruşulmadan bilet qiyməti qaldırılır. Biriləri təyyarə sayını qəsdən artırmır ki, Türkiyəyə biletlərin bahalığına görə, Naxçıvan üzərindən gedilməsin. Əvəzində isə yoxsul Naxçıvan camaatı zülm çəkir. Günlərlə kassa qarşısında növbəyə durub, 20 gün sonraya belə bilet tapa bilməyən insanların halına acıyan bir səlahiyyətli şəxs varmı?! Onsuz da naxçıvanlılar otuz ildir blokadanın əziyyətini çəkir. Erməninin verdiyi əziyyət kifayət etmirmi?! Təcili əlavə təyyarələr ayırın, bu məsələni dərhal həll edin".
Biletlərin kasadlığı ilə bağlı "Sherg.az"a danışan AZAL-ın sabiq prezidenti Ədalət Əliyev bildirib ki, məsələ Türkiyə ilə əlaqədardırsa, bunu çox asanlıqla həll etmək olar:
"Qalan işlər isə dövlətin əlindədir. Azərbaycanın kifayət qədər mülki aviasiya sahəsində təyyarələri mövcuddur".
İqtisadçı Xalid Kərimli isə qeyd edib ki, hazırda bütün dünyada daşıma xərclərinin qiyməti qalxır:
"Maksimal yanacaq qiymətləri təyyarənin təqribən 30 faizini təşkil edir. Yəni əvvəlki sərnişindaşıma xərcləri ilə bugünkü arasında çox fərq var. Hökumət Naxçıvan uçuşu 10 manat güzəşt etməsinə baxmayaraq, yenə qiymətləri aşağı endirib. İndiki pik vaxtlarda qiymət yüksəlir, tələb azalır. Dövlət bu güzəşti tətbiq etməsəydi, bilet ödənişi artacaqdı. Həmçinin bazar özünü tənzimləyəcəkdi. İnsanlar da artıq 2-5 ay sonrakı səfərini planlaşdıracaqdı. Tələbatın kəskin yüksəlməsi, biletlərin sürətlə satılması və narazılıqların yaranması normaldır. Çünki güzəştli qiymət rejimi tətbiq edilib. Bu da o deməkdir ki, Naxçıvana gedən təyyarələrin xərcləri özünü doğrultmur. Bir hissəsini hökumət qarşılayır.
AZAL buradan çox pul qazana bilmir. Amma bazara buraxılsa, normal xaricə uçuş qiymətləri şəklində, hərraclarla zamana görə, nizamlansa, problemlər yaranmayacaq. Amma qiymətlər aşağı salındığı və sabit olduğuna görə, etirazlar baş qaldırır. Artıq yay mövsümüdür insanlar məzuniyyətə çıxır, tələbələr öz evlərinə qayıdırlar. Belə məqamlarda təyyarə uçuşlarının sayı artır. Hətta həftəlik 20-21 uçuş təyin edilir. Narazılıqlar da, qələbəliklərdə olur. Anormal bir durum yoxdur.
AZAL tələbatı nəzərə alaraq, əlavə reyslər təşkil edə bilər. Təəssüf ki, Zəngəzur koridoru açıq deyil. İnsanlara Naxçıvana təyyarədən başqa gedəcək nəqliyyat vasitəsi seçimi qoyulmur. Ona görə də səfər əvvəlcədən planlaşdırılmalı, biletlər onlayn qaydada alınmalıdır. İndiki şəraitdə isə Zəngəzur dəhlizi bağlı olduğu üçün AZAL əlavə reyslər buraxaraq, tələbatı qarşılaya bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya