Azərbaycan səfiri Zonquldakda - FOTOLAR
Yusif Nəzərli
15:13 05.07.2022
Aktual
310
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov Türkiyənin Zonquldak vilayətinə səfər edib və bir sıra görüşlər keçirib.
"Sherg.az" xəbər verir ki, səfir Zonquldak bələdiyyəsini ziyarət edib və bələdiyyə rəhbərliyi ilə keçirilmiş görüşdə Azərbaycan - Türkiyə münasibətlərinin xüsusi əhəmiyyətinə diqqət çəkərək, ikitərəfli münasibətlərin inkişafı üçün bundan sonra da çalışmağa davam edəcəyini bildirib.
Zonquldak valisi Mustafa Tutulmazla kecirilmiş nəzakət görüşündə iki qardaş ölkə arasında əməkdaşlıq imkanları müzakirə edilib, Türkiyənin mədən sənayesində qabaqcıl vilayətlərindən olan Zonquldakla Azərbaycanın müvafiq bir şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılmasına dair fikir mübadiləsi aparılıb. Daha sonra səfir valinin müşayiəti ilə Türkiyədə ən zəngin daş kömür yataqlarına malik olan Zonquldakda yerləşən Mədən muzeyi və Kömür təcrübə ocağını gəzərək, onların fəaliyyəti ilə bağlı ətraflı məlumat alıb.
Səfir Rəşad Məmmədov səfər çərçivəsində Zonquldak Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Mətin Dəmirlə də görüş keçirib. Səfirə Palatanın investisiya qoymaq üçün maraqlı olduğu sahələr barədə məlumat verilib. Səfir R.Məmmədov vilayətdəki iş adamlarina Azərbaycandakı investisiya imkanları barədə məlumat verərək onları xüsusilə işğaldan azad olunmuş Qarabağda aparılan bərpa və yenidənqurma çalışmalarına investiya yatırmağa dəvət edib. Aparılmış müzakirələr nəticəsində əməkdaşlıq fürsətlərinin qiymətləndirilməsi məqsədilə yerli iş adamlarından ibarət heyətin Azərbaycana, azərbaycanlı iş adamlarının isə Zonquldaka səfərinin təşkili ilə bağlı razılıq əldə olunub.
Rəşad Məmmədov Zonquldak səfəri çərçivəsində Bülent Ecevit Universitetini də ziyarət edərək rektor vəzifəsini icra edən professor Hakan Kutoğlu ilə görüşüb. Görüşdə Universitetin Azərbaycan universitetləri ilə əməkdaşlıq imkanları, yeni yaradılacaq neft - kimya fakültəsi üçün bu sahədə inkişaf etmiş Azərbaycan universitetlərinin təcrübəsinin öyrənilməsi, tələbə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub. Səfir Bülent Ecevit Universitetində təhsil almaqda olan azərbaycanlı tələbələrin təhsili ilə də maraqlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət