Azərbaycana qarşı kiberfəzada ciddi təhdidlər yaranıb
Yusif Nəzərli
03:22 05.07.2022
Aktual
384
Bu sahədə kadrların hazırlanması ölkənin bir nömrəli mövzusuna çevrilir
“Azərbaycana, dövlətimizə qarşı bu gün də kiberfəzada ciddi təhdidlər var və bu təhdidlərə qarşı mübarizə aparmaq, dövlətin əsas məqsədidir. Bu məqsədə nail olmaq üçün Azərbaycanda ciddi kadr potensialı formalaşmalıdır. Təsis olunan Kibertəhlükəsizlik Mərkəzi məhz bu məqsədə xidmət edəcək”.
Bu sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Fərid Əhmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində, təxminən, 1 000-ə yaxın mütəxəssisin hazırlanması nəzərdə tutulur: Mütəxəssis hazırlığı təxminən 3 il müddətini əhatə edəcək. Hazırlığı bilavasitə "Technion” Universitetinin professor-müəllim heyəti həyata keçirəcək”.
Ekspertlər isə hesab edir ki, informasiya təhlükəsizliyi üzrə kadrların hazırlanması çox mühümdür, lakin bu kadrların Azərbaycanda qalıb işləməsi üçün liberal, sivil mühitin olması zəruri şərtdir, məncə.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Şərq”ə açıqlamasında deyib ki, kibertəhlükəsizlik çox geniş, qlobal və demək olar ki, bütün dünyanı narahat edən problemlərdən biridir və hazırda effektiv kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsi artıq çox çətin prosesdir. Onun sözlərinə görə, kibercinayətkarlığın artması bütün dünyada dövlət idarəçiliyi, bank, nəqliyyat, milli təhlükəsizlik və digər sistemlərin təkmilləşdirilməsini, kibermüdafiə tədbirlərinin genişləndirilməsini aktual edir:
“Kiberhücumlar qarşısında səmərəli müdafiəni təmin etmək üçün bu sahədə çalışan əməkdaşlar, iş prosesləri və texnologiyalar bir-birini tamamlamalıdır. Bu sahədə çalışan əməkdaşlar informasiya təhlükəsizliyinin əsas prinsiplərini başa düşməlidir, etibarlı şifrələr seçməli, göndərilən və qəbul edilən e-poçt və əlavə edilən fayllara diqqət yetirməli və məlumatların ehtiyat nüsxəsinin digər mənbələrdə etibarlı saxlanılmasını təmin etməlidirlər. Azərbaycanda da müasir informasiya kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi bu sahədə davamlı kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə ciddi əsas verir. Hətta son illərdə bir neçə dəfə Azərbaycan dövlət qurumlarına və informasiya resurslarına yönəlik böyük kiberhücumlar olub. Deməli, bizim dövlət qurumlarında kibertəhlükəsizlik dayanıqlı deyil”.
İnformasiya təhlükəsizliyi sahəsində kadrların hazırlanması məqsədi ilə İsraillə imzalanan müqaviləyə gəldikdə isə O.Gündüz əməkdaşlığı önəmli bir addım hesab edir:
“Azərbaycanın informasiya sektorunda kiber təhlükəsizliyini təmin edən ekspertlər azlıq təşkil edir. Kibertəhlükəsizlik üzrə mütəxəssislərin və təlimçilərin İsrailin adı çəkilən universitetinin metodikası ilə onların professor-müəllim heyəti tərəfindən hazırlanması nəzərdə tutulub.
Bu təlimçilər hesabına gələcəkdə Azərbaycanda kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində mütəxəssis hazırlığı təmin ediləcək.
İkinci Qarabağ savaşı, son dövrlərdə baş verən müharibələr göstərir ki, hər bir ölkənin kiber mühiti, informasiya təhlükəsizliyi milli təhlükəsizlik üçün mühüm faktora çevrilib. Dediyim kimi, Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində əsas problemlərdən biri də kadr çatışmazlığıdır. Ölkəmiz "Kiber Təhlükəsizliyi haqqında Konvensiya"ya qoşulub. Konvensiyanın tələblərindən biri də ondan ibarətdir ki, təhlükəsizliklə bağlı infrastruktur yaradılmalıdır.
Bu infrastruktur isə təkcə qanunverici baza deyil. Həm də bura proqram vasitələri, kadrlar, maliyyə vasitələri və digərləri daxildir. Düşünürəm ki, kibertəhlükəsizlik sahəsində dünyada öndə gedən ali təhsil müəssisəsinin Azərbaycanda mütəxəssis hazırlanmasına köməkliyi bu sahədə beynəlxalq təcrübənin, müasir trendlərin, müasir bilik-bacarıqların da ölkəmizə gətirilməsinə kömək olacaq.
İnanıram ki, bu addım ölkəmizdə kiber mühitin inkişafında mühüm rol oynayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət