Azərbaycanın növbəti qələbəsi...
Yusif Nəzərli
23:14 05.07.2022
Aktual
559
ATƏT PA-da ermənilərin tələbi rədd edildi
"Əldə etdiyimiz uğurlar rəsmi Bakının mövqeyini daha da gücləndirəcək. ATƏT PA-nın qərarı Qərbin də Azərbaycanın mövqeyini dəstəklədiyini, bizim yanımızda olduqlarını göstərir"
“Dağlıq Qarabağ münaqişəsi” və Minsk qrupunun “dirçəldilməsi”, o cümlədən erməni terrorçularının dərhal azad olunması tələbi ATƏT Parlament Assambleyasında rədd edilib. Erməni nümayəndə heyətinin rəhbəri Eduard Ağacanyanın Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitənin Qətnamə layihəsinə daxil etmək məqsədilə hazırladığı dəyişiklik qəbul edilməyib.
Məlum olduğu kimi, Azərbaycan nümayəndə heyəti cari ilin iyulun 2-6-da Böyük Britaniyanın Birminqem şəhərində keçirilən ATƏT PA-nın illik sessiyasında iştirak edir. İllik sessiyada erməni nümayəndə heyəti və ermənipərəst isveçli deputat Bjorn Soder tərəfindən ölkəmizin maraqlarına zidd olan dəyişiklik irəli sürülüb.
Qeyd olunan düzəlişin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev erməni nümayəndə heyətinin təklifinə tutarlı arqumentlərlə cavab verərək Assambleyanı müharibədən sonra mövcud olan reallığa zidd dəyişikliyi qəbul etməməyə çağırıb.
Azay Quliyev həbs edilmiş erməni hərbçilərinin müvafiq qanunvericiliyə uyğun olaraq cəzalandırıldığını, bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinin və Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarlarının olduğunu əsas gətirib. Soderin təklifi səsə qoyulsa da, 24 əleyhinə, 12 lehinə olmaqla rədd edilib. Ermənilərin Azərbaycana qarşı qətnamə bəndinin qəbul edilməsi ilə bağlı üçüncü cəhdləri də nəticə verməyib.
Beləliklə, Böyük Britaniyanın Birminqem şəhərində işini davam etdirən ATƏT PA-nın illik sessiyasında Ermənistan tərəfindən Azərbaycan əleyhinə hazırlanan və təqdim olunan bütün düzəlişlərin və təkliflərin qarşısı qətiyyətlə alınıb.
Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə bildirib ki, 44 günlük Vətən müharibəsinin başa çatmasından iki ilə yaxın zaman keçsə də, ermənilər məkirli niyyətlərindən, təxribatlarından əl çəkmirlər. Deputatın sözlərinə görə, beynəlxalq platformalarda, nüfuzlu qurumlarda Azərbaycanın haqlı mövqeyinin qəbul olunması, ermənilərin əsassız təşəbbüslərinin rədd edilməsi çox önəmlidir:
“Bu, erməni yalanlarının ifşa olunması, ermənilərin uydurma təbliğatları üzərində Azərbaycanın növbəti qələbəsidir. Həm də dövlətimizin həyata keçirdiyi uğurlu xarici siyasətin göstəricisidir. Sözsüz ki, ermənilərin pozucu təşəbbüsləri ilə zaman-zaman üzləşəcəyik. Amma əldə etdiyimiz uğurlar rəsmi Bakının mövqeyini daha da gücləndirəcək.
ATƏT PA-nın qərarı Qərbin də Azərbaycanın mövqeyini dəstəklədiyini, bizim yanımızda olduqlarını göstərir. Ermənilərin sülh prosesini pozan, danışıqlara zərbə vuran təxribatçı cəhdlərinin qarşısının alınması vacibdir. İrəvan hökuməti bundan nəticə çıxartmalı, təxribat xarakterli təşəbbüslərə son qoymalıdır. Ermənistan gələcəyə baxmağı bacarmalı, münasibətlərin normallaşması üçün səylər göstərməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi