
Azərbaycanın sülh çağırışlarına qeyri-adekvat münasibət siyasi korazehinlikdir
Yusif Nəzərli
09:24 29.06.2022
Aktual
491
Ermənistan iqtidarı da, erməni müxalifəti də “postmüharibə sindromu”ndan əziyyət çəkir
Prezident İlham Əliyevin Kəlbəcərdə yeni komando hərbi hissəsinin açılışı zamanı çıxışında səsləndirdiyi bəyanatlar erməni cəmiyyətində və hakimiyyətdə geniş rezonans doğurub. Dövlət başçısının birbaşa Ermənistanla sərhəddən - Kəlbəcərdən Paşinyan hökumətinə, Robert Koçaryan-Serj Sarkisyan cütlüyünün başçılıq etdiyi revanşist erməni müxalifətinə sərt xəbərdarlığı erməni mediasında ciddi müzakirələrə səbəb olub.

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə bildirib ki, ölkə başçısı İlham Əliyev rəsmi İrəvana və revanşist ermənilərə açıq ismarıc göndərdi.
Partiya təmsilçisi qeyd edib ki, 30 illik işğala son qoyaraq öz torpaqlarını azad edən və müharibədən sonra həm iqtisadi, həm də hərbi cəhətdən daha da güclənən Azərbaycanın sülh çağırışlarına qeyri-adekvat münasibət sərgiləmək siyasi korazehinlikdir: “Rəsmi Bakının davamlı sülh təkliflərinin qarşılığında siyasi avantürizmlə məşğul olmaq cəhdləri onu göstərir ki, hazırda Ermənistan iqtidarı da, erməni müxalifəti də “postmüharibə sindromu”ndan əziyyət çəkir. Dövlət başçısı İlham Əliyevin son bəyanatları məhz onları reallıq hissinə qaytarmağa, məğlub Ermənistanın sülhdən başqa bir yollarının qalmadığını bütün ermənilərə başa salmağa hesablanıb. Ermənistan sərhədlərin dəqiqləşdirilməsi və sülh sazişinin imzalanmasına hazırlıq prosesini gecikdirəcəyi təqdirdə gerçəkdən də peşman olacaq. Bu baxımdan, Baş nazir Nikol Paşinyandan tutmuş İrəvanın “Fransa meydanı”nda davamlı etiraz aksiyaları keçirən radikal-revanşist müxalifətçilərə qədər, hər bir erməni anlamalıdır ki, artıq “dənizdən dənizə Ermənistan”, “Böyük Ermənistan”, “Miatsum” kimi təcavüzkar-faşist ideyaları tarixə gömülüb. İndi tarixi ədalətin bərpası dövrüdür. Erməni cəmiyyəti bundan sonra illüziyalarla, mifik arzularla yaşamamalıdır. 44 günlük müharibə nəticəsində Azərbaycanın qazandığı hərbi-siyasi üstünlüklər bundan sonra qalıcı olacaq. Bax, bu həqiqəti hər bir erməni dərk etməlidir”.
Ə.Hüseynov bəyan edib ki, Nikol Paşinyan da pozucu, qeyri-adekvat açıqlamalarına son qoymalıdır: “Onun söylədiyi bəzi əsassız fikirlər və ittihamlar bu adamın adekvat siyasətçi olmadığını göstərir. Ümumiyyətlə, erməni xalqı son 30 ildə siyasi liderlər baxımından heç vaxt yarımayıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm